• Folqada bişmiş toyuqlu və pendirli balqabaq resepti

Reseptin məlumatları Baxış sayı: 239

Tarix : 18.04.2018, 12:00

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri, Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 1-2

Şef / Mənbə : barakat.az


Tərkibi:
toyuğun döş əti,
balqabaq,
balqabaq tumları,
ədviyyatlar qarışığı,
sarımsaq,
Parmezan pendiri

Hazırlanması:
1. Balqabağın qabığını təmizləyin. Balqabağı orta həcmli dördbucaqlar şəkilində doğrayın (təxminən 1-1.5 sm).

2. Toyuq filesini paketdən çıxardın, yuyun, qurudun, xırda dilim şəkilində doğrayın (əgər sümüyü olsa onu ləğv edin). Əvvəl doğranmış balqabaq dilimlərini və toyuq ətini dərin qaba yerləşdirin, ədviyyatlar qarışığını və bir qədər bitki yağı əlavə edin, zövqünüzə görə duzlayın və yaxşıca qarışdırın. Həmin qarışığa təmizlənmiş balqabaq tumlarını, 1-2 diş xırda doğranmış sarımsaq əlavə edin.

3. Parmezan pendirini xırda dilim şəkilində doğrayın və alınmış kütləyə qatın.

4. Soba qabına folqa sərin, alınmış inqrediyentləri ona yerləşdirin və folqa ilə bürün (təamın daha tez bişməsi üçün folqanın parlaq tərəfi içəri olsun). Balqabağın bişməsi üçün 200 dərəcə istiliyində təxmnən 20-25 dəqiqə ərzində hamısını sobada bişirin.

5. Sobada bişmiş toyuqlu balqabağı qaymaqla birgə süfrəyə təqdim edin.

Nuş olsun!

Etiketlər: balqabaq, doğrayın, şəkilində, xırda, doğranmış, bişməsi, əlavə, ədviyyatlar, alınmış, folqa, yerləşdirin, sarımsaq, Parmezan, dilim, Balqabağın, folqanın, tərəfi, içəri, parlaq, inqrediyentləri
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica