• Qarğıdalı unlu-lobyalı börək resepti

Reseptin məlumatları Baxış sayı: 18 455

Tarix : 31-05-2014, 15:19

Bölmə : Quru yeməklər / Börəklər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4



Tərkibi:
Xəmir üçün:

1 kg un
1 xörək qaşığı duz
250 qram qarğıdalı unu
Kifayət qədər ilıq su

İçliyi üçün:
1 lt süd
1 su stəkanı maye yağ
2,5 su stəkanı qaynadılmış quru lobya

Üzəri üçün:
1 çay stəkanı süd
1 su stəkanı maye yağ

Hazırlanması:
Un, ilıq su və duzu normal yumşaqlığında bir xəmir əldə edənə qədər yoğurun. Yoğurduğunuz xəmirdən qoz böyüklüyündə tikələr qoparın. Hər bir tikəni tort qabı böyüklüyündə açın. Hər yuxanın üzərinə bir yarım xörək qaşığı qarğıdalı unu səpin. Yuxaları yapışmaz səthli bir tavada tək-tək önlü arxalı qızardın. Digər tərəfdə quru lobyanı əzib südlə qarışdırın. Yuxalaı yerləşdirəcəyiniz qabı yağlayın. 2 ədəd yuxanı qaba yayın. Üzərinə quru lobyalı qarışıqdan qoyun. 1 xörək qaşığı maye yağ gəzdirin. Bütün vəsait bitənə qədər, digər yuxalar üçün də eyni əməliyyatı təkrarlayın. Ən üstdə qalan yuxanın üzərinə süd və maye yağ sürtün.
Əvvəldən isidilmiş 170 dərəcə sobada üzəri qızarana qədər bişirin.Bir az soyuduqdan sonra dilimləyərək servis edin.

Nuş olsun!
Etiketlər: qədər, stəkanı, qaşığı, xörək, tərkib, yuxanın, böyüklüyündə, üzərinə, qarğıdalı, bitənə, digər, vəsait, əməliyyatı, Bütün, yuxalar, lobyalı, yuxanı, yağlayın, yayın, Üzərinə
BİZİ İZLƏYİN