Tərkibi:1 kilo təzə lobya
6 xörək qaşığı duru və ya kərə yağı
2 ədəd baş soğan
2 ədəd pomidor
1 dəstə reyhan
Zövqə görə duz, istiot
4 ədəd yumurta
Hazırlanması:Əvvəlcə lobyanı su doldurulmuş qazana qoyub, qaynadıb tam bişməmiş süzün. Sonra ya olduğu kimi saxlayın, ya da stəkanın alt hissəsi ilə lobyanı bir az əzin. Belə etdikdə lobya bir az yumşalır.
Tavada yağı qızdırın. Soğanı yağda bir az qızardın. Üstünə pomidor və reyhanı əlavə edib 5 dəqiqə də bişirin. Lobyanı buraya əlavə edin. Duz, istiot vurun. Tavanın qapağını örtün və yeməyi arada bir qarışdıra-qarışdıra, suyu çəkilənə və lobya bişənədək bişirin (təximinən 15 dəqiqə)
Yumurtaları bir kasaya qırıb qarışdırın. Sonra bu qarışığı lobyanın hər tərəfinə tökün. Qapağı bağlı, yumurtalar bərkiyənədək bişirin.
Nuş olsun!
Etiketlər: lobya, bişirin, lobyanı, əlavə, qarışdıra, Sonra, istiot, pomidor, dəqiqə, arada, çəkilənə, yeməyi, örtün, buraya, Tavanın, qapağını, Lobyanı, vurun, Yumurtaları, Qapağı