• Qaymaqlı göbələk dolması resepti

Reseptin məlumatları Baxış sayı: 16342

Tarix : 1.10.2014, 12:00

Bölmə : Quru yeməklər, Dolmalar, Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
400 q göbələk
1 qırmızı bibər
3 x.q. xırda doğranmış cəfəri
2 dilim tost (çörək)
duz
qara istiot
60 q sürtgəcdən keçirilmimş holland pendiri
1 diş sarımsaq
30 q kərə yağı
1 x.q. qaymaq

Hazırlanması:
Göbələyin ayaqlarını çıxarın. Limonlu suda bir qədər saxlayın. Ayaqlarını xırda doğrayıb duzlu suda bişirin, bir kasaya yığın. Qıraqları kəsilib çıxarılmış tostları xırdalayın. Doğrayıb bişirdiyiniz göbələk ayaqları ilə qarışdırın. Sarımsağı sürtgəcdən keçirin, qırmızı bibəri xırda doğrayın, duz, qara istiot, cəfəri, sürtgəcdən keçirilmiş holland pendiri və qaymağı da buraya əlavə edin, qarışdırın.

Göbələkləri limonlu sudan çıxarın, siniyə düzün. İçlərinə kərə yağından az-az kəsib qoyun, 200 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. Sobadan çıxarın, qaymaqlı qarışığı içlərinə doldurun. Yenə sobaya qoyub daha 10 dəqiqə də bişirin. Süfrəyə isti-isti verin.

Nuş olsun!


Etiketlər: sürtgəcdən, bişirin, xırda, çıxarın, holland, pendiri, dəqiqə, istiot, qırmızı, cəfəri, qarışdırın, göbələk, siniyə, düzün, yağından, sudan, İçlərinə, buraya, keçirilmiş, doğrayın
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Totu
Beyendim Elaadı
1 may 2016 18:00
1
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN