• Bərəkətli şiş kabab resepti

Reseptin məlumatları Baxış sayı: 5 187

Tarix : 1-02-2019, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
2 ədəd hazır yuxa.
250-300 qr az yağlı qiymə,
1ədəd soğan,
2ədəd kartof,
1 kiçik kök,
Bir tutam cəfəri,
2 yemək qaşığı suxarı,
duz,
istiot.

Pomidor sosu üçün:
2 ədəd pomidor,
1 yemək qaşığı zeytun yağı.
1 diş sarmısaq
Bir çay qaşığı kəklikotu

Hazırlanması:
Tərəvəzləri istər qıyma maşınından keçirin, istəsəniz rəndələyin.
Çox sulandısa yüngülcə suyunu sıxın.
İçinə qiyməni, ədviyyatları, duzu, çörək ununu qoyub yoğurun.
Yuxanın birini sərib, üzərini yüngülcə yağlayın
Yarıya yaxın qisimini qatlayın.
Uzun hissəyə küftə vəsaitini alıb şiş kabab qalınlığında yerləşdirin.
Kənar qisimləri içə doğru qatlayıb rulon şəklində bükün.
iki barmaq qalınlığında dilimləyib, küftə qismi yuxarı qalacaq şəkildə şişlərə taxın.
Hər şişə altı ədəd küftə yığın.
Qalan küftələri isə ikinci yuxaya bükün və eyni əməliyyatı yerinə yetirin.
Yağlanmış bir nimçəyə düzün.
Bir fırça köməkliyi ilə köftələrin üzərini yüngülcə yağlayın.
200 dərəcəlik fırında yuxalar yüngül qızarana qədər bişirin.
2 ədəd pomidoru rəndələyin.
Bir diş sarmısağı kiçik doğrayın.
Çox az duru yağda suyunu çəkənə qədər bişirin.
Kəklikotu və duzunu atın.
Arpa şəhriyəli plov və ya makaron dəmləyərək yanında verə bilərsiniz,
Hazır kababı servis tabağına alın yanına plov əlavə edərək üzərini pomidor sosu ilə bəzəyərək isti halda servis edə bilərsiniz.
Diyetdə olanlar bu köftəni yağsız bişirib yalnız salat və qatıqla yeyə bilərlər.
Tək başına belə çox doyurucu bir küftədir.

Nuş olsun!
Etiketlər: yüngülcə, qaşığı, küftə, üzərini, suyunu, bilərsiniz, qalınlığında, pomidor, rəndələyin, servis, yemək, bişirin, yağlayın, kiçik, qədər, bükün, sarmısağı, pomidoru, qızarana, yüngül
BİZİ İZLƏYİN