• Yumurta dolması resepti

Reseptin məlumatları Baxış sayı: 4 410

Tarix : 31-03-2019, 12:00

Bölmə : Quru yeməklər / Dolmalar / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 ədəd yumurta,
500 q yağsız qiymə,
1 dəstə təzə soğan,
2 diş sarımsaq,
2 yemək qaşığı xardal,
1 yemək qaşığı ketçap,
3 yemək qaşığı süzmə zeytunyağı,
1 yemək qaşəğə qarğıdalı və ya buğda unu,
2 dolu qaşıq cirə,
1 çay qaşığı dolu duz,
1 çay qaşıq pul bibər,
1 çay qaşığı istiot,
1 çay qaşığı kəklikotu

Sosu üçün:
1 yemək qaşığı qatıq,
1 yemeə qaşığı mayonez,
1 şirniyyat qaşığı xardal,
1 diş sarımsaq,
1/2 şirniyyat qaşığı incə doğranmış şüyüd,
1 çay qaşığı qırmızı bibər (arzuya görə),
1 çay qaşığı sumaq (arzuya görə),

Qızartmaq üçün:
1/2 su stəkanı buğda unu,
1 yemək qaşığı qarğıdalı unu,
1 yemək qaşığı irmik,
2 dənə çırpılmış yumurta,
1 su stəkanı çəkilmiş suxarı unu,
1 litrə günəbaxan yağı

Hazırlanması:
Not:
Yumurtaların çox az bişməsinə diqqət edin.
İstədiyiniz kimi bişməsi üçün buzlu suya qoya bilərsiniz.
Yumurtaları az bişirdiyiniz üçün soyarkən çalışın dağılmasınlar.
Rahat soyulması üçün qaynama suyuna bir miqdar duz əlavə edin.
Hazırladığınız qıymənin üzərini yumurta ilə örtərkən qarışımın çox qaln olmamasına çalışın , əks təqdirdə içərisinin bişməsi çox gecikə bilər.

Sosunu hazırlamaq üçün rəndələdiyiniz sarımsaq və digər ərzaqları bir kasada çəngəl yardımı ilə qarışdırın.
Əvvəlcədən otaq temperaturuna gətirdiyiniz yumurtalara bir miqdar duz əlavə edərək qaynar suda 3= 4 dəqiqə bişirin.
Bişmənin davam etrməməsi üçün yumurtaları soyuq suya qoyun.
Soyutduğunuz yumurtaları soyup üzərindəki nəmi bir kağız dəsmal yardımıyla qurulayın.
Qiymə, incə= incə doğradığınız təzə soğanlar, rəndələnmiş sarımsaq və diğər ərzaqları dərin bir qabda yaxşıca qarışdırıb yoğurun.
Ərzaqlar tamamən qarışdıqdan sonra qarışığı 5 bərabər hissəyə bölün.
Qiymə parçalarının birini əlinizlə yaxşıca düzləşdirin.
Üzərinə bişirdiyiniz yumurtanı qoyub altdan yanlara doğru yavaş yavaş qiymənin üzərinə yaxın.
Sonrasında yumurtayı həddindən çox əzmədən iki əlinizin arasında şəkil verin.
Qiymənin yumurtanın ətrafına eyni qalınlıqda örtməsinə çalışın.
Qalan yumurtalar üçün də eyni işləmi yerinə yetirin.
Hazırladığınız küfələri əvvəlcə una, sonra isə çırpılmış yumurtaya və sonda isə suxarı ununa batıraraq yaxşı qızdırdığınız yağın içərisində qızarana qədər 3=4 dəqiqə qızardın.
Qızartdığınız yumurtalı küftələri kağız dəsmal üzərinə alaraq yağının sorulmasını gözləyin.
Ortadan ikiyə bölüb əvvəlcədən hazırladığınız sosu da əlavə edərək isti halda servis edin.
Yağı yaxşı qızdırsanız yemək yağı az çəkə bilər və xırt-xırt olar.

Nuş olsun!
Etiketlər: qaşığı, yemək, sarımsaq, yumurta, çalışın, əlavə, suxarı, dəqiqə, yaxşı, çırpılmış, arzuya, bilər, yumurtaları, edərək, bişməsi, ərzaqları, Hazırladığınız, üzərinə, şirniyyat, bişirdiyiniz
BİZİ İZLƏYİN