• Burittos resepti

Reseptin məlumatları Baxış sayı: 3444

Tarix : 24.08.2019, 16:00

Bölmə : Quru yeməklər, Qəlyanaltılar, Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd tortilla və ya adi lavaş
1 toyuğun döş əti
1 ədəd qırmızı bibər
1 ədəd sarı bibər
3 ədəd pomidor
2 ədəd qırmızı soğan
1 diş sarmısaq
3 qaşıq mayonez
400 qr şampinyon (göbələk)
100 qr sürtgəcdən keçirilmiş holland pendiri
Bitki yağı
Duz, istiot

Hazırlanması:
Əvvəlcə soğan və sarmısağı xırda doğrayıb, yağda qızardırıq. Üzərinə kub formasında doğranmış əti əlavə edib 5 dəqiqə də qızardırıq. Daha sonra artıq təmizlənib doğranmış göbələyi də qarışıma töküb yenə 5 dəqiqə bişiririk.
Xırda doğranmış pomidoru və bibərləri də əlavə edirik. Üzərinə duz, istiot səpib bişiririk. İçlik hazır olduqdan sonra tortilla və ya lavaşların içərisinə əlavə edib bükürük.
Lavaşları soba qabına düzüb üzərinə mayonez çəkirik. Daha sonra isə holland pendiri səpib sobaya bişməyə qoyuruq. Pendirlər əriyən kimi burittosu sobadan çıxarırıq. Burittos isti halda süfrəyə verilir. Dadı isə pizzanın dadına bənzəyir.

Nuş olsun!


Etiketlər: sonra, doğranmış, əlavə, pendiri, holland, istiot, Üzərinə, bişiririk, dəqiqə, qızardırıq, tortilla, qırmızı, bibər, soğan, mayonez, səpib, lavaşların, olduqdan, içərisinə, qabına
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN