Tərkibi:Kartof - 1 kg
Kərə yağı - 70 q
Bərk pendir - 80 q
Kəklikotu - 0,5 ç.q.
Zövqə görə duz və istiot
Hazırlanması:Sobanı 220 dərəcəyə qədər isidin. Formaya yağ çəkin. Pendiri sürtkəcdən keçirdin və quru kəklikotu ilə qarışdırın.
Kartofları təmizləyin, nazik-nazik doğrayın (xüsusi sürtkəc istifadə edə bilərsiniz). Əridilmiş kərə yağı əlavə edin, qarışdırın. Kartof və pendiri 3 hissəyə bölün, kartofun birinci hissəsini formaya tökün, üzərinə pendir tökün, duz və istiot əlavə edin, təkrar edin. 180 dərəcədə 1 saat bişirin. 5 dəqiqə soyudun, sonra boşqab üzərinə çevirin.
Nuş olsun!
Etiketlər: qarışdırın, nazik, Kartof, əlavə, tökün, üzərinə, istiot, pendir, kartofun, birinci, boşqab, hissəyə, pendiri, çevirin, bölün, hissəsini, dərəcədə, bişirin, dəqiqə, təkrar