• Küpədə toyuq zapekankası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12994

Tarix : 19.04.2016, 11:00

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri, Qəlyanaltılar, Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6




Tərkibi:
6 x.q. kərə yağı
1 soğan
750 q kartof
6 yerkökü
300 q göbələk
100 ml konyak
6 x.q. un
2 st. toyuq bulyonu
1 st. süd
1 toyuq (suda bişmiş)
1 st. dondurulmuş göy noxud
cəfəri
kəklikotu
adaçayı
3 ç.q. duz
1 ç.q. istiot
1 lay qat-qat xəmir
1 yumurtanın sarısı

Hazırlanması:
Sobanı qızdırın.
Kərə yağını tavada əridin. Doğranmış soğan, kartof və yerkökünü əlavə edib, arada qarışdıraraq 10-12 dəqiqə bişirin. Un əlavə edin, qarışdırın. 1 dəqiqə sonra süd və bulyonu tökün.
Konyak qatıb qarışdırın (bu, xüsusi dad verir, sevməyənlər bu mərhələni ötürə bilərlər). Doğranmış toyuğu, noxudu, xırdalanmış göyərtini əlavə edib duz, istiot vurun.
Küpələrə doldurun.
Qat-qat xəmirdən "qapaq" kəsib küpələrin ağzına çəkin, ortasında deşik açın, kənarlarını bərkidin.
Xəmirin üzərinə yumurta sarısı çəkin.
220 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. Sonra üzərinə folqa çəkib daha 20-25 dəqiqə bişirin.

Küpədə toyuq zapekankası resepti - FOTO RESEPT

Küpədə toyuq zapekankası resepti - FOTO RESEPT

Küpədə toyuq zapekankası resepti - FOTO RESEPT

Küpədə toyuq zapekankası resepti - FOTO RESEPT

Küpədə toyuq zapekankası resepti - FOTO RESEPT

Küpədə toyuq zapekankası resepti - FOTO RESEPT

Küpədə toyuq zapekankası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəqiqə, əlavə, bişirin, Doğranmış, sarısı, üzərinə, qarışdırın, istiot, bulyonu, soğan, kartof, çəkin, toyuq, qapaq, kəsib, xəmirdən, Küpələrə, toyuğu, bilərlər, noxudu
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
mesi_pisi
gecə gecə bu nəyaa ürəyim getdi lap olsaydıda yeyerdim
18 noyabr 2015 23:12
1
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN