• Səbət zapekankası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 19590

Tarix : 13.08.2014, 18:00

Bölmə : Ət yeməkləri, Xəmir işləri, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
600 q ət
1 badımcan
2 kartof
1-2 pomidor
1 baş soğan
2-3 diş sarımsaq
1/2 çili istiotu
təzə şüyüd
duz
istiot
bitki yağı
hazır qat-qat xəmir

Tomat sousu:
2 x.q. un
2-3 x.q. tomat pastası
bulyon (lazım olan qədər)
2-3 diş çox xırda doğranmış sarımsaq
2 x.q. kərə yağı
dəfnə yarpağı
duz
şəkər tozu
qara istiot
ağ istiot
reyhan qurusu və ya oreqano

Beşamel sousu:
80 q kərə yağı (və ya 4 x.q. zeytun yağı)
3 st. qaymaq və ya süd
1/3 st. un
1 baş soğan

Bəzək:
kahı yarpaqları
gül kimi kəsilmiş turp

Hazırlanması:
Tomat sousu:

Tavada kərə yağını əridin, un əlavə edərək daim qarışdıraraq qızılı rəng alıncayadək qovurun.

Tomat pastası əlavə edin, qarışdırın. Bulyonu qızdırın, qaynara düşəndə qarışdıra-qarışdıra tomatlı qarışığa əlavə edin, xama qatılığında alınmalıdır.

Duz, istiot, şəkər tozu, xırda doğranmış sarımsaq, dəfnə yarpağı, ağ istiot, reyhan qurusu əlavə edib iki dəqiqə bişirin.
Sonra ocaqdan götürün, qarışdırın, bir kənara qoyun.

Əti bıçaqla xırdalayın. Xırdalanmış soğan, sarımsaq, çili istiotu, şüyüd, duz, istiot vurub qarışdırın (1 yumurtanın sarısını da vura bilərsiniz).
Səbət zapekankası resepti - FOTO RESEPT


Ət qarışığını iki hissəyə bölün.

1-1,5 sm qalınlıqlı iki kotlet hazırlayın, siniyə qoyub əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə, hazır olub qızaranadək bişirin.
Səbət zapekankası resepti - FOTO RESEPT


Kotletlər bişənədək tərəvəzləri hazırlayın.

Badımcanı fal-fal doğrayın. Üstünə duz səpib 10 dəqiqə saxlayın.

Acısını çıxarandan sonra bitki yağında hər iki üzünü qızardın, kağız salfetin üstünə qoyub əlavə yağını axıtmasına imkan verin.
Səbət zapekankası resepti - FOTO RESEPT


Kartofu suda bişirin.

Pomidorları yuyub dilimləyin.

Beşamel sousu:
Unu yağın bir hissəsində qovurun, bulyon əlavə edin, sonra isə qarışdırıraraq qaymağı və ya südü əlavə edin. Ocaqdan götürüb kərə yağının qalanını əlavə edib aktiv qarışdırın. Soğanı ayrı qabda qovurun, əlavə edin. İsti qalsın deyə su hamamında saxlamaq olar.

Zapekanka:
Hazır kotletin üstünə tomat sousu çəkin.
Səbət zapekankası resepti - FOTO RESEPT


Üstünə badımcanları düzüb beşamel sousunu çəkin.
Səbət zapekankası resepti - FOTO RESEPT

Səbət zapekankası resepti - FOTO RESEPT


Nazik doğranmış pomidorları düzüb yenə beşamel sousu çəkin.

1 lay doğranmış bişmiş kartof düzün. Üzərinə beşamel çəkin.

Yenə pomidor düzüb beşamel çəkin.

Badımcanları düzüb tomat sousu çəkin, ikinci kotleti üstünə qoyun.

Qat-qat xəmiri 5-6 mm qalınlıqda yayın. Ortasına ətli-tərəvəzli "tortu" qoyun.
Səbət zapekankası resepti - FOTO RESEPT


Xəmirin kənarlarını 4,5-5 sm qalınlıqda şəridlərə bölün (çalışın, çəpəki kəsəsiniz, onda daha qəşəng görünür).

Şəridləri ətli-tərəvəzli "tortun" üzərinə qaldırın, bir-birinə bərkidərək "səbət" düzəldin.

Səbətin üstünə beşamel çəkin, onu ehtiyatla siniyə döşənib üstünə yağ çəkilmiş perqamentin üstünə qoyun.
Səbət zapekankası resepti - FOTO RESEPT


Səbətin qulpunu da xəmirdən hazırlayın: 2-3 şərid xəmirdən hörün, sonra səbətin yanına yarımhalqa kimi qoyun. Çalışın ki, ucları arasındakı məsafə səbətin "ağzı" boyda olsun.
Səbət zapekankası resepti - FOTO RESEPT


Əvvəlcədən 200-220 dərəcə qızdırılmış sobada 15 dəqiqə, qızarıncayadək bişirin.

Hazır olandan sonra səbətin "ağzında", iki tərəfdə diş çöplərinin köməyilə qulpu yapışdırın.

Turpdan çiçək düzəldin. Kahı yarpaqları ilə birlikdə səbəti bəzəyin.
Səbət zapekankası resepti - FOTO RESEPT

Səbət zapekankası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, sousu, çəkin, istiot, üstünə, beşamel, qoyun, bişirin, doğranmış, dəqiqə, sonra, düzüb, sarımsaq, qarışdırın, soğan, hazırlayın, səbətin, Tomat, tomat, qovurun
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
seva
ayy necede gozel gorunur
13 avqust 2014 21:29
1
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN