• Toyuqlu kus-kus resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 255

Tarix : 22-10-2014, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 baş soğan
2 x.q. kərə yağı
2 ədəd toyuğun döş əti
1 ədəd bolqar bibəri
150 q göy lobya
2 yerkökü
4 budaq göy soğan
duz
250 q kus-kus
2,5 st. su (250 q kus-kus üçün)
Toyuqlu kus-kus resepti - FOTO RESEPT


Hazırlanması:
Soğanı təmizləyib xırda doğrayın, şəffaflaşanadək yağda qovurun. Kubik doğranmış toyuq ətini əlavə edib qızılı rəng alana qədər qızardın. Su əlavə edib hazır olanadək bişirin.
Toyuqlu kus-kus resepti - FOTO RESEPT


Suyu çəkiləndə kubik doğranmış yerkökü və bibər, həmçinin lobya əlavə edin. Duz vurub qarışdırın. Qapağını bağlayıb tərəvəzlər hazır olanadək bişirin.
Toyuqlu kus-kus resepti - FOTO RESEPT


Kus-kusu bunların üzərinə əlavə edin, su töküb qaynara düşənə qədər qarışdırın. İstəyə görə göy soğan əlavə edə bilərsiniz.
Toyuqlu kus-kus resepti - FOTO RESEPT


Qaynara düşəndən sonra ocağı söndürün, qazanın qapağını örtüb 3-5 dəqiqə dəmləyin.
Toyuqlu kus-kus resepti - FOTO RESEPT

Toyuqlu kus-kus resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, soğan, qədər, hazır, olanadək, qarışdırın, doğranmış, bişirin, lobya, yerkökü, düşənə, İstəyə, bilərsiniz, qaynara, üzərinə, Qapağını, bağlayıb, tərəvəzlər, bunların, töküb
BİZİ İZLƏYİN