• Klassik arzuman küftəsi resepti

Reseptin məlumatları Baxış sayı: 7180

Tarix : 28.10.2014, 14:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Qiymə üçün:

2,5 kq mal əti və ya qoyunun bud əti (yumşaq tikələr)
1 kq baş soğan
sarıkök
darçın
duz
istiot

Toyuq üçün:
300 q şabalıd
100 q turş gavalı qurusu və ya albuxara
zəfəran
duz
istiot.

Hazırlanması:
Toyuq təmizlənir, yuyulur və qaynayan suda yarımhazır olana kimi bişirilir. Şabalıdın qıraqları çərtilib kəsilir, suda pörtülür və təmizlənir, turş gavalı soyuq suda isladılır. Hazırlanmış şabalıd və gavalı üstü zəfəranlanmış toyuğun içərisinə doldurulur.

Ət baş soğanla ətçəkən maşından keçirilir, duz, istiot, sarıkök, azacıq darçın vurulub yaxşı qarışdırılır. Əti daş üstündə və ya kötükdə döydükdə xörək daha dadlı olur. Yaz-yay mövsümündə qiyməyə göyərti vurmaq olar. Qış mövsümündə təzə göyərti olmadıqda qurudulmuş nanə və keşniş ovulub qiyməyə qatılır. Hazır qiymə təmiz yuyulmuş və qaynadılmış tənzifin içərisinə 1,5-2 sm qalınlığında yayılır, qiymənin ortasına hazırlanmış toyuq qoyulur və tənzifin ucları bir yerdə düyünlənib, qiymə toyuğun hər yerini örtmək şərtilə ona girdə forma verilir.

Bu zaman bir əllə tənzifın ucları bir-birinə çatdırılır, o biri əllə qiymə toyuğun cəmdəyinə sıxılır və axırda tənzifin ucları bərk bağlanır. İri qazana su töküb (5-6 l) qaynadıldıqdan sonra hazırlanmış küftə oraya salınıb bişirilir. Küftəni sümüklərdən hazırlanmış bulyonda da bişirmək olar. Qazanın çox gur qaynamasına yol verilməməlidir. Kəfi qaynara düşəndən sonra ilk 15-20 dəqiqə ərzində arabir yığılır, qazanın ağzı örtülüb hazır olana kimi (1,5-2 saat) bişirilir.

Dada görə və zövqə görə duz vurulur. Xörək hazır olduqda küftə qazandan çıxarılır, iri plov buluduna qoyulur (tənzifi ehmalca açmaqla) və süfrəyə gətirilir. Xörəyin bulyonu kasalara və ya iri piyalalara çəkilib, üstünə xırda doğranmış keşniş və ya quru nanə səpilir. Bu xörək 8-10 nəfər üçün nəzərdə tutulur. Xörəyin yanında təzə göyərti (turp, vəzəri, göy soğan) verilir və ayrıca qabda sumax qoyulur.

Nuş olsun!

Etiketlər: göyərti, toyuğun, bişirilir, qiymə, tənzifin, qoyulur, hazırlanmış, gavalı, ucları, istiot, sonra, darçın, küftə, olana, sarıkök, Xörəyin, içərisinə, xörək, hazır, Toyuq
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica