• Toskana üsullu piççi makaron resepti

Reseptin məlumatları Baxış sayı: 16 199

Tarix : 23-11-2014, 19:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 stəkan un
1,5 stəkan su
2 xörək qaşığı duz
1/2 dəstə cəfəri

Sosiskalı sous:
10-12 incə doğranmış sosiska
1,5 stəkan krem
1 çay qaşığı darçın
1 xörək qaşığı raziyanə
Qırmızı bibər
Qara bibər
Duz

Hazırlanması:
Cəfərini yuyub süzün, incə şəkildə doğrayın.
Mikserə 2t stəkan un və 1 stəkan su tökərək qarışdırın, sonra yerdə qalan su və unu da tökərək 8 dəqiqə qarışdırın.
Daha sonra mikseri 2-ci sürət qoyaraq 3 dəqiqə qarışdırın.

Xəmir "özünə gələndən" sonra mikserdən çıxarın, qoz boyda tikələrə ayırın. Tikələri yenidən mikserə qoyun, cəfəri əlavə edin və çox aşağı sürətdə daha 4 dəqiqə yoğurun.
Hazırladığınız cəfərili xəmiri top halına salın və streç plyonka ilə sararaq 30 dəqiqə soyuducuda saxlayın.

Vaxt bitəndən sonra xəmiri soyuducudan çıxarın, üçbucaqlar şəklində kəsərək 20 sm uzunluqda makaron formasına salın və unlanmış tavaya düzün.
Hazırladığınız xəmirləri 2 litr suda 8-10 dəqiqə pörtlədin.

Doğranmış sosiskaları tavaya qoyun, 2 xörək qaşığı zeytun yağı tökün, ədviyyatı əlavə edərək sosiskalar xəfif yumşalana qədər qızardın.

Daha sonra yerdə qalan inqradientləri əlavə edərək 1-2 dəqiqə bişirin.

Bişən makaronları qaba qoyun, üzərinə sosikalı sous tökün və süfrəyə verin.

Nuş olsun!
Etiketlər: dəqiqə, stəkan, sonra, qaşığı, qarışdırın, əlavə, qoyun, xörək, qalan, yerdə, salın, xəmiri, tökün, tökərək, tavaya, çıxarın, Hazırladığınız, edərək, cəfəri, bibər
BİZİ İZLƏYİN