• Fırında göbələkli holland pendirli toyuq qızartması resepti

Reseptin məlumatları Baxış sayı: 15813

Tarix : 31.07.2015, 16:00

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri, Tərəvəz yeməkləri, Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6




Tərkibi:
1 kq quşbaşı doğranmış toyuq döşü,
2 ddənə quru soğan,
200 q göbələk,
4-5 ədəd yaşıl bibər,
2 dənə pomidor,
1 yemək qaşığı pomidor tomatı,
2 çay qaşığı istiot,
2 çay qaşığı kəklik otu,
2 çay qaşığı qırmızı pul bibər,
150 q holland pendiri,
Yetərin qədər duz,
1 çay stəkanı duru yağ,

Hazırlanması:
Teflon bir tavaya yağ alıb isidin.
Üzərinə toyuq ətini tökərək , ətlər suyunu çəkənə qədər qovurun.
2 ədəd quru soğanın qabığını soyaraq incə-incə doğrayıb qovrulmaqda olan ətlərin üzərinə əlavə edərək qızarana qədər qovurun.
Göbələkləri yuyub ətin üzərinə töküb qovurun.
Yaşıl bibərləri təmizləyib incə-incə doğrayın.
Pomidorların qabıqlarını soyub küp şəklində doğrayın.
Ətin üzərinə əlavə edərık bir neçə dəqiqə qovurun.
Sonra tomatı əlavə edib 1 su stəkanı qədər qaynar su və ədviyyatları və duzu əlavə edərək 5-6 dəqiqə qaynadın.
Daha sonra bişən toyuq ətlərini ocaqdan alaraq uyğun bir fırın qabına boşaldın.
Üzərinə holand pendiri əlavə edərək əvvəlcədən 180 dərəcə qızdırılmış fırında qızarana qədər bişirərək isti halda servis edin.

Nuş olsun!
loading...

Etiketlər: qədər, əlavə, qaşığı, qovurun, edərək, üzərinə, toyuq, Üzərinə, stəkanı, doğrayın, dəqiqə, pendiri, qızarana, bibər, tomatı, pomidor, ədviyyatları, qaynar, qaynadın, sonra
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN