• Padişah kababı resepti

Reseptin məlumatları Baxış sayı: 16 703

Tarix : 25-02-2016, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
400 q quşbaşı quzu əti,
100 q quyruq yağı,
2 diş sarımsaq,
Qərarında qırmızı pul bibər,
Duz,

Qarnitür üçün:
3 dənə pomidor,
1 dənə qırmızı bibər,
5 dənə qırmızı soğan,
1 dəstə cəfəri,
Lazım olan qədər lavaş,
Narşərabı,
Zeytun yağı,

Hazırlanması:
Quzu quşbaşı ətini incə bir şəkildə doğrayın.
Əti maşında çəkin.
Duz və pul bibər qatıb yoğurun.
Taxta şişlərə yığıb yağlanmış fırın sinisinə yığın.
Əvvəlcədən 240 dərəcə qızdırılmış fırında bişirin.
Qarnitürü üçün, pomidorları soyun.
Kiçik bir şəkildə doğrayın.
Qırmızı soğan, qırmızı bibər və cəfərini doğrayın.
Pomidorlarla birlikdə qarışdırma qabına qoyun.
Duz, zeytun yağı və nar şərabı qatıb qarışdırın.
Servis tabağına lavaş və qarnitürü qoyun. Üzərinə kababları yerləşdirib servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: bibər, qırmızı, doğrayın, qoyun, qatıb, şəkildə, soğan, quşbaşı, lavaş, cəfərini, Qırmızı, Kiçik, Əvvəlcədən, bişirin, fırında, qızdırılmış, Qarnitürü, pomidorları, dərəcə, Pomidorlarla
BİZİ İZLƏYİN