• Ananaslı plov resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 971

Tarix : 3-04-2016, 21:00

Bölmə : Quru yeməklər / Aş - Plov / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 kasa düyü
1 ədəd ananas
1 ədəd baş soğan
1/4 kasa portağal və ya ananas şirəsi
1 ç/q şəkər tozu
1 diş sarımsaq
2 ç/q zeytun yağı

Hazırlanması:
Tay mətbəxinin resepti olan bu ekzotik qarnir balıq yeməkləri ilə də süfrəyə verilə bilər.
1. Lazım olan inqredientlər hazırlanır.
2. Düyü yaxşı yuyulur və suyu süzülür.
3. Qazana iki stəkan su əlavə olunur. Su qaynadıqda düyü əlavə edilir. Qarışdırmaq olmaz. Düyü əlavə olunandan sonra su yenidən qaynadıqda qaz azaldılır və 15-20 dəqiqə düyü hazır olana qədər bişirilir.
4. Düyü bişənə qədər ananas təmizlənir, qabığı soyulur, özəyi çıxarılır və şəkildəki kimi dilimlərə kəsilir.
5. Tava tam qızandan sonra, doğranmış ananaslar tavada yağsız qızardılır.
6. Qızılı rəng alana qədər qızardılır.
7. Qızardılmış ananaslar bir kənarda soyudulur.
8. Bu arada qazandaki bişmiş düyünün qapağı bağlanıb kənara yerləşdirilir.
9. Soğan və sarımsaq xırda doğranılır.
10. Soyudulmuş ananas kubiklər formasında doğranılır.
11. Orta odda yağ isidilir, tavaya soğan və sarımsaq əlavə edilərək bir qədər qızardılır.
12. Portağal şirəsinə 1 çay qaşığı şəkər tozu əlavə edilir.
13. Tavadakı soğanın üzərinə doğranmış ananas və portağal şirəsi əlavə edilərək orta odda pörtlədilir. Ananas dilimləri yumşaq və şirin alınmalıdır.
14. Düyü ilə ananas qarışdırılır.
15. Qarnir hazırdır! Süfrəyə verildikdə soya sousu əlavə etmək olar.

Ananaslı plov resepti - FOTO RESEPT

Ananaslı plov resepti - FOTO RESEPT

Ananaslı plov resepti - FOTO RESEPT

Ananaslı plov resepti - FOTO RESEPT

Ananaslı plov resepti - FOTO RESEPT

Ananaslı plov resepti - FOTO RESEPT

Ananaslı plov resepti - FOTO RESEPT

Ananaslı plov resepti - FOTO RESEPT

Ananaslı plov resepti - FOTO RESEPT

Ananaslı plov resepti - FOTO RESEPT

Ananaslı plov resepti - FOTO RESEPT

Ananaslı plov resepti - FOTO RESEPT

Ananaslı plov resepti - FOTO RESEPT

Ananaslı plov resepti - FOTO RESEPT

Ananaslı plov resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, ananas, qədər, sarımsaq, qızardılır, sonra, şəkər, doğranmış, edilərək, şirəsi, edilir, ananaslar, doğranılır, soğan, portağal, qaynadıqda, kənara, Soğan, xırda, bağlanıb
BİZİ İZLƏYİN