• Suf balığı Orli resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 437

Tarix : 7-02-2016, 22:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 4-6


Tərkibi:
100 qr suf balığının filesi
10 qr bitki yağı
200 ml inək südü
70 qr un
2 əd toyuq yumurtası
200 qr kartof püresi
30 ml ağ çaxır
5 qr şüyüd
zövqə görə duz
zövqə görə istiot

Hazırlanması:
1. Ərzaqlar hazırlanır.

2. Filenin dərisi soyulur.

3. Suf balığınıın filesi xırda hissələrə doğranıb boşqaba yığlılr.

4. Üzərinə xırda doğranmış göyərti səpilir.

5. Ağ çaxır əlavə edilir.

6. Bitki yağı əlavə edilir.

7. Duz, istiot əlavə edilib qarışdırılır.

8. Maye xəmirin hazırlanması üçün ilk olaraq yumurtanın ağları digər boşqaba tökülür (yumurtanın sarısı lazım olmayacaq).

9. Mikserlə ağlar çalınır.

10. Digər boşqabda unu duzla qarışdırıb süd əlavə edib maye xəmir halına gətiririk.

11. Alınmış məhlula yumurtanın ağları əlavə edilir və ehtiyyatla qarışdırılır.

12. Balığın hissələri maye xəmirə batırıb qızardılır.

13. Kartof püresini çalmaq, qənnadı torbasına qoymaq və bəzəkli şəkildə boşqaba əlavə etmək.
Məsləhət! Restoranın şef-aşpazı dadlı püre hazırlamaq üçün belə nisbətlər məsləhət görür: 200 qr kartof, 50 qr süd, 50 qr qaymaq, 10 qr kərə yağı və zövqə görə duz.

14. Süfrəyə verərkən yanında tartar sousu da vermək olar.

Suf balığı Orli resepti - FOTO RESEPT

Suf balığı Orli resepti - FOTO RESEPT

Suf balığı Orli resepti - FOTO RESEPT

Suf balığı Orli resepti - FOTO RESEPT

Suf balığı Orli resepti - FOTO RESEPT

Suf balığı Orli resepti - FOTO RESEPT

Suf balığı Orli resepti - FOTO RESEPT

Suf balığı Orli resepti - FOTO RESEPT

Suf balığı Orli resepti - FOTO RESEPT

Suf balığı Orli resepti - FOTO RESEPT

Suf balığı Orli resepti - FOTO RESEPT

Suf balığı Orli resepti - FOTO RESEPT

Suf balığı Orli resepti - FOTO RESEPT

Suf balığı Orli resepti - FOTO RESEPT

Suf balığı Orli resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, boşqaba, yumurtanın, edilir, zövqə, kartof, qarışdırılır, xırda, istiot, çaxır, filesi, batırıb, duzla, qızardılır, boşqabda, çalmaq, püresini, qarışdırıb, Kartof
BİZİ İZLƏYİN