• Bəzəkli pizza resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 11957

Tarix : 5.12.2015, 11:00

Bölmə : Quru yeməklər, Pizza, Qəlyanaltılar, Foto reseptlər

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6




Tərkibi:
300 q mayalı xəmir
6 ədəd sevdiyiniz sosiska
ketçup
1 bolqar bibəri
200 q bərk pendir
mayonez
1 yumurta
pomidor
zeytun
ədviyyat
göyərti

Hazırlanması:
Mayalı xəmiri un səpilmiş masada nazik yayın. Formaya qoyun. Sosisləri əvvəl uzunasına iki yerə, sonra da eninə 3 yerə bölün. Xəmirin kənarları boyu düzün. Xəmirin sosis qoyduğunuz kənarlarını qatlayıb möhkəm basıb yapışdırın. Dilimlər arasında kəsiklər edin, sonra şəkildəki kimi hər "cütü" ayrı istiqamətlərə çevirin.

Pizzanın ortasına ketçup çəkin. Sosiska dilimlərini və doğranmış bibəri düzün. Sürtgəcin xırda gözündən keçirilmiş pendir səpin, pomidor dilimləri, qara zeytun düzün, göyərti səpin. Üzərinə yenə pendiri sürtgəcdən keçirin. Sonra isə mayonezi şəbəkə çəkirmişsiniz kimi pizzanın üzərinə gəzdirin.

Pizzanın kənarlarına yumurta çəkin. Sobada 30 dəqiqə (qızaranadək) bişirin. Üzərini ketçup və göyərti ilə bəzəyin.

Bəzəkli pizza resepti - FOTO RESEPT

Bəzəkli pizza resepti - FOTO RESEPT

Bəzəkli pizza resepti - FOTO RESEPT

Bəzəkli pizza resepti - FOTO RESEPT

Bəzəkli pizza resepti - FOTO RESEPT

Bəzəkli pizza resepti - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: göyərti, düzün, ketçup, pomidor, Xəmirin, sonra, səpin, yumurta, zeytun, çəkin, Pizzanın, bibəri, pendir, ortasına, keçirilmiş, çevirin, Üzərinə, dilimləri, xırda, doğranmış
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN