• 3 Bacı (badımcan, bibər, pomidor) dolması resepti

Reseptin məlumatları Baxış sayı: 304 787

Tarix : 19-09-2015, 11:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
750 qr qiymə (qoyun və ya mal əti)
3 soğan
5 ədəd balaca badımcan
5 ədəd bibər
5 ədəd pomidor
1 dəstə keşniş
1 dəstə şüyüd
1 dəstə reyhan
kərə yağı
zeytun yağı
duz

Hazırlanması:
1. İlk əvvəl dolmanın içliyini hazırlayırıq. Bunun üçün soğan ət çəkən maşından keçirilir və qiyməylə qarışdırılır.

2. Qiymə tavaya qoyulur üzərinə 1 stəkan su tökülür. Suyu çəkiləndən sonra kərə yağı əlavə edilib qızardılır.

3. Ət qızardıqdan sonra qazdan götürülür üzərinə duz və doğranmış keşniş, şüyüt, reyhan əvə olunub qarışdırılır.

4. İçliy hazırlandıqdan sonra badımcan, bibər, pomiodru hazırlayırıq. Bunun üçün badımcanın saplağı kəsilir, uzununa kəsilir və içi duzlanır (duzlanmış badımcanı 15 dəqiqə saxlayırıq ki acısı çıxsın).

5. Sonra badımcanları əlnən sıxıb suyunu çıxardırıq və zeytun yağında bir az qızardırıq.

6. Pomidorun baş hissəsi qapaq kimi kəsilir və içi qaşıqla çıxardılır (içini qiyməyə də doğrayıb qatmağ olar).

7. Bibərin saplağı kəsilir və həmin hissəsi qapağ kimi kəsilir.

8. Badımcan, bibər, pomidorun içi içliklə doldurulur.

9. Badımcanı qızartdığımız tavaya badımcan , bibər, pomidor düzülür və üzərinə 1 stəkan qaynar su tökülür (dolma bişərkən tavanın qapağını tam bağlamaq olmaz).

10. Orta istilikdə 20-30 dəqiqə bişirilir .

Nuş olsun!
Etiketlər: kəsilir, bibər, badımcan, sonra, pomidor, üzərinə, dəstə, hissəsi, zeytun, hazırlayırıq, qarışdırılır, stəkan, tavaya, tökülür, dəqiqə, Bunun, reyhan, soğan, keşniş, saplağı
BİZİ İZLƏYİN