• Kartoflu keks resepti

Reseptin məlumatları Baxış sayı: 16 337

Tarix : 2-03-2016, 15:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Börəklər / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox


Tərkibi:
4 ədəd kartof (təxminən 600 qram)
1 ədəd yerkökü
2 ədəd yumurta
yarım stəkan (bir armudu istəkan qədər edir) duru yağ
1 stəkan qatıq
1 stəkan un
1 çay qaşığı qabartma tozu
yarım stəkan doğranmış keşniş-şüyüd qarışığı (istəyə görə keşnişi cəfəri ilə əvəz etmək olar)
1 çay qaşığı duz
zövqə görə istiot

Hazırlanması:
Kartof və yerkökünü suda qaynadıb bişirin. Qabıqlarını soyun və tərəvəzləri kubik şəklində doğrayın. Kənara qoyun.
Sobanı 190Cdək qızdırın. Ölçüləri 23 X 13 X 8 santimetr olan baton formasının dibini və kənarlarını azacıq yağlayın. Kənara qoyun.
İri kasaya yumurtaları qırın. Üstünə duru yağı əlavə edib, çırpma teli ilə qarışdırın. Üstünə qatığı töküb qarışdırın. Sonra isə un və qabartma tozunu əlavə edib, yenə qarışdırın. Kütlənin üstünə döğradığınız kartof, yerkökü və göyərtini əlavə edib yavaşca qarışdırın.
Alınan kütləni formaya töküb üstünü hamarlayın. Sobada təxminən 1 saat və yaxud keksin üstü qızaranadək bişirin. Soyuduqdan sonra dilimləyib süfrəyə verin. Bu keks soyuducuda 3 günə yaxın qala bilər. Soyuqkən çox yaxşı dilimlənir.

Nuş olsun!
Etiketlər: stəkan, qarışdırın, əlavə, kartof, yarım, yerkökü, təxminən, qaşığı, Kənara, töküb, Üstünə, qoyun, süfrəyə, qabartma, bişirin, Günel, resepti, oxucum, yumurtaları, çırpma
BİZİ İZLƏYİN