• Balıq küftəsi resepti

Reseptin məlumatları Baxış sayı: 15 101

Tarix : 31-03-2016, 19:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 1-2


Tərkibi:
Balıq – 200 q,
noxud – 20 q,
düyü – 15 q,
alça – 10 q,
kartof – 150 q,
baş soğan – 20 q,
zəfəran - 0,05 q,
istiot,
duz.

Hazırlanması:
Nərə və ya uzunburun balığın əti baş soğanla ətçəkən maşından keçirilir. Qiyməyə düyü, duz və istiot qatılıb qarışdırılır. Qiymədən hər paya 1-2 ədəd küftə hazırlanır, içərisinə 2 ədəd alça qurusu qoyub yumurlanır.

Balığın yeyilməyən hissəsindən hazırlanmış bulyon süzülür, əvvəlcədən isladılmış noxud yarı olunca bişirilir. Sonra ardıcıllıqla balıq ətindən hazırlanmış küftələr, kartof, xırda doğranmış soğan əlavə edilir, zəfəran şirəsi vurulub hazır olunca bişirilir.

Nuş olsun!
Etiketlər: istiot, bişirilir, hazırlanmış, olunca, zəfəran, soğan, noxud, kartof, Sonra, ardıcıllıqla, süzülür, bulyon, balıq, əvvəlcədən, isladılmış, doğranmış, şirəsi, vurulub, hazır, edilir
BİZİ İZLƏYİN