• Mərcimək küftəsi resepti

Reseptin məlumatları Baxış sayı: 19 339

Tarix : 13-06-2016, 09:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
1 stəkan qırmızı mərcimək,
15 stəkan incə bulğur,
1 baş quru soğan,
1 dəstə cəfəri,
½ çay stəkanı maye yağ,
1dəstə təzə soğan,
2 yemək qaşığı tomat(bibər və pomidor tomatını qarışıq istifadə edə bilərsniz),
3 stəkan su (lazım olsa yoğurma zamanı bir az daha əlavə edə bilərsiniz ),
2 çay qaşığı duz,
pul bibər,
istiot,

Hazırlanması:
Mərciməkləri ayirtlayın.
Mərciməkləri yuyun.
Mərciməklər yumşalana qədər bişirin.
Suyu çəkiləndə bulğuru içinə atın və yarım saata qədər qazanın qapağını qapadıb gözlədin.
Soğanı incə-incə doğrayaraq maye yağda qovurun və içinə tomat əlavə edin.
Ocaqdan düşürdərək mərciməyə əlavə edin.
İncə doğranmış cəfəri və yaşıl soğanı , ədviyyatları da əlavə edin.
Bir az soyuduqdan sonra bütün ərzaqlar ilə yoğuraraq yumurta böyüklüyündə parçalar ayırın.
Küftələrə şəkil verərək marul və ya roka yarpaqları üzərinə düzün.

Nuş olsun!
Etiketlər: əlavə, stəkan, tomat, bibər, Mərciməkləri, içinə, qədər, qaşığı, soğan, cəfəri, soğanı, yaşıl, Soğanı, gözlədin, ədviyyatları, doğranmış, doğrayaraq, Ocaqdan, qovurun, soyuduqdan
BİZİ İZLƏYİN