• Çuğundurlu bulğur küftəsi resepti

Reseptin məlumatları Baxış sayı: 9363

Tarix : 11.06.2016, 11:00

Bölmə : Quru yeməklər, Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox




Tərkibi:
1 dəstə çuğundur,
1 ədəd quru soğan,
2 ədəd pomidor,
½ yemək qaşığı pomidor tomatı,
1 stəkan ilıq su,
1ədəd sarımsaq,
1 çay qaşığı duz,
1 çay qaşığı istiot,
1,5 çay stəkanı zeytun yağı,

Qiymə içi üçün:
170 q qiymə,
200 q incə bulğur,
1 ədəd yumurta,
1 çay qaşığı duz,
1 çay qaşığı istiot,
1,5 çay stəkanı un,

Qatıqlı sos:
2 stəkan qatıq,
2 diş sarımsaq,
Pul bibər,

Hazırlanması:
Geniş bir qazanda yağ və doğranmış quru soğanı qovurun.
Soğanlar qızarınca doğranmış və yuyulmuş çuğunduru əlavə edin.
Çuğundur bişənə qədər qovurun.
Tomatın üzərinə rəndələnmiş pomidoru əlavə edərək pomidor suyunda bişirin.
Doğranmış sarımsağı əlavə edin.
Çuğundur suyunu çəkincə yarım stəkan və ya 1 stəkan ilıq su əlavə edin.
Ədviyyatları əlavə edin.
Çuğundur suyunu çəkincə 5-10 dəqiqə dincə qoyun.
Bulğurlu küftənin hazırlanma qaydası:
Dərin bir qabda bütün ərzaqları yoğurun. Ən sonda isə yumurtanı əlavə edib yoğurun.
Küftə normal hala gəldikdə, yəni azacıq sərtləşdiyində kiçik küftələr hazırlayın.
Un səpilmiş servis tabağına küftələri düzün.
Su qaynayan qazana küftələri əlavə edib 15 dəqiqə qaynadın.
Servis tabağının ortasına çuğunduru yığın.
Üzərinə sarımsaq əlavə edilmiş qatıq töküb pul bibər ilə bəzəyin.
Sonra tabağın kənarlarına küftələri düzün.
Yemək servisə hazırdır.

Nuş olsun!

Etiketlər: əlavə, qaşığı, stəkan, sarımsaq, Çuğundur, küftələri, pomidor, düzün, doğranmış, çuğunduru, bibər, dəqiqə, qatıq, çəkincə, suyunu, yoğurun, qovurun, istiot, stəkanı, normal
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN