• Kartof içərisində yumurta resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 19 363

Tarix : 13-06-2016, 14:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 1-2


Tərkibi:
Böyük ölçülü kartof: 2 ədəd
Kərə yağı: 1 yemək qaşığı
Yumurta: 2 ədəd
Basdırma, sucuq
Rəndələnmiş holland pendiri: 2 yemək qaşığı
Doğranmış cəfəri: 1 yemək qaşığı
Duz
İstiot

Hazırlanması:
2 ədəd iri ölçülü sağlam kartof əvvəlcədən suda bişirilir.
Bişirildikdən sonra kartofların eninə üst hissəsindən bıçaq vasitəsi ilə kəsilir.
Qaşıq vasitəsi ilə üzəri kəsilən kartofun içərisi oyulur.
Divarlarının qalınlığı zövqə görə müəyyən edilir.
Bişmiş kartofun içərisi nə qədər çox çıxardılarsa, içlik üçün bir o qədər çox yer açılmış olar.
Kartofun içərisini oyub “qab” hazırladıqdan sonra eyni şəkildə ikinci kartofu da hazırlayırıq.
Hər kartof “qab”ının içərisinə 0,5 yemək qaşığı kərə yağı qoyuruq.
Bundan sonra hər kartof “qab “ının içərisinə bir ədəd yumurta qırırıq.
Yumurtanı qoyarkən ehtiyatlı olmaq lazımdır ki, dağılmasın və yumurtanın ağı ilə sarısı bir-birinə qarışmasın.
Yumurtalar əlavə edildikdən sonra kartofun içərisinə yumurtaların üzərinə şərid halında dilimlənmiş sucuk, rəndələnmiş holland pendiri əlavə edilir.
Bundan sonra isə ən üstə doğranmış cəfəri səpilir.
Sonra Kartof içərisində yumurta yeməyinə duz və üyüdülmüş istiot əlavə edilir.
Artıq Kartof içərisində yumurta yeməyini bişirmək olar.
Bunun üçün fırını 170 dərəcəyə isidirik.
İçərisinə içlik materiallarını yerləşdirdiyimiz kartofları burada təqribən 20-25 dəqiqə bişirin.
Və ya yumurtanın ağı bişib rəngi ağarana qədər, zövqünüzə uyğun miqdarda bişirin.

Kartof içərisində yumurta resepti - FOTO RESEPT

Kartof içərisində yumurta resepti - FOTO RESEPT

Kartof içərisində yumurta resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: sonra, qaşığı, kartof, yemək, edilir, qədər, içərisinə, yumurta, əlavə, kartofun, Bundan, ölçülü, Kartof, vasitəsi, içərisi, içlik, holland, içərisində, yumurtanın, bişirin
BİZİ İZLƏYİN