• Xardal və balda bişirilmiş dovşan resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14722

Tarix : 28.10.2016, 12:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq dovşan əti
50 q toyuğun döş əti
2 göy soğan
2 diş sarımsaq
1 x.q. kərə yağı
1 x.q. bal (çox ətirli olmasın)
1,5 x.q. dijon xardalı
1 x.q. dənəvər xardal
1 x.q. bəyaz üzüm sirkəsi
50 ml ağ şirin şərab
150 ml toyuq, yaxud tərəvəz bulyonu
duz
təzə üyüdülmüş istiot
zeytun yağı
kəklikotu (təzə, yaxud qurusu)

Hazırlanması:
Əti doğrayın, ləyənə yığıb sirkə, zeytun yağı, duz-istiot qatıb əlinizlə yaxşıca qarışdırın. 20-30 dəqiqə saxlayın.
Sobanı 170 dərəcə qızdırın. Soğanla sarımsağı xırda doğrayın. Toyuq döşünü xırda kubik doğrayın. Tavada kərə yağını əridin, dovşan ətini orta itilikli odda hərtərəfli qızardın. Odadavamlı qaba yığın.

Dovşan ətini qızartdığınız tavada toyuq ətini rəngi dəyişənədək qovurun, soğan, sarımsaq və kəklikotu əlavə edin, 2-3 dəqiqə qovurun. Şərabı əlavə edib yarısı buxarlanınca bişirin (tavanın dibini qarışdırmağı unutmayın). Bulyon, bal, xardalın hər iki növünü əlavə edin. Duz-istiot vurun. Qaynara düşəndə götürüb dovşanın üzərinə tökün. Üzərinə kəklikotu düzün.

Qabın ağzına folqa çəkin. Sobada 40 dəqiqə bişirin. Sonra folqanı çıxarıb daha 30 dəqiqə bişirin. Əti çevirin, yenə 30 dəqiqə bişirin. Hazır ət sümükdən rahat ayrılmalıdır.

Xardal və balda bişirilmiş dovşan resepti - FOTO RESEPT

Xardal və balda bişirilmiş dovşan resepti - FOTO RESEPT


Nuş olsun!


Etiketlər: dəqiqə, bişirin, doğrayın, kəklikotu, əlavə, istiot, ətini, dovşan, sarımsaq, zeytun, xırda, yaxud, toyuq, qovurun, soğan, vurun, Qaynara, unutmayın, Bulyon, qarışdırmağı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN