• Kələm dolması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 71036

Tarix : 27.07.2014, 03:54

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Dolmalar, Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
yarim kilo çəkilmiş qoyun və ya mal əti, və ya ikisinin qarışığı (çox yağsız olmasın)
1 ədəd orta baş soğan — xırda-xırda doğrayın (2 stəkan alınacaq)
2 xörək qaşığı pomidor məti (tomat)
yarım stəkan yumru düyü — yaxşıca yuyub suyunu süzün
yarım stəkan xırda doğranmış keşniş
yarım stəkan xırda doğranmış şüyüd
2-3 qaşıq kərə yağı
1 çay qaşığı duz
¼ çay qaşığı istiot
1 baş kələm (təxminən bir kilo yarımlıq)
2 xörək qaşığı pomidor məti (tomat)
1 stəkan yarım qaynar su
2 xörək qaşığı kərə yağı

Hazırlanması:
Əvvəlc ə içi hazırlayın. Bunun üçün içə lazım olan bütün ərzaqları iri qabda yaxçıca qarışdırın. Kənara qoyun.
Kələm yarpaqlarını hazırlayın. Bunun üçün yarpaqları zədələmədən kələmdən ayırın. İri qazanda su qaynadın. İçinə iri çimdik duz atın. Kələm yarpaqlarını iki-iki və ya üç-üç qaynayan suya atın. Kəfkirlə üstündən basın ki, yarpaqlar suyun içində qalsın. Yarpaqları bu suda 2-3 dəqiqə pörtlədin (bir az yumuşalsın, amma bişməsin). Sonra isə kəfkirlə sudan çıxardın və aşsuzəndə süzün. Bütün yarpaqları bu qaydada hazırlayın.
Kələm dolması resepti - FOTO RESEPT


Yarpaqların ortadan keçən iri, sərt damarlarını kəsin. Kəsintikəri qazanın dibinə yığın (beləliklə dolmanın altı yanmaz). Yarpaqlar iridirsə, ikiyə bölün. Hər yarpağın ortasına təxminən 2 xörək qaşığı dolu iç qoyun. Yarpağın kənarlarını içəriyə doğru qatlayın, sonra dolma şəklində bükün.
Kələm dolması resepti - FOTO RESEPT


Zədələnmiş yarpaqları da qazanın dibinə düzə bilərsiniz. Dolmaları sıra ilə qazana yığın. Əgər təzə pomidordan istifadə edirsinizsə, hər layın arasına bir az pomidor əlavə edin.

Tomatı 1 stəkan yarım qaynar suda həll edin və dolmaların üstünə tökün. Qazandakı su dolmaların yarısına qədər gəlməlidir. Əgər kifayət qədər su yoxdursa, onda bir az da su əlavə edin. Dolmaların üstünə ya ərinmiş yağ tökün ya da tikələrə bölünmüş kərə yağı qoyun. Dolmaların üstünə ya qab, ya da balaca qapaq qoyun ki, dolmalar bişdikləri müddət açılmasın, kip qalsınlar. Qazanın qapağını örtün. Dolmanı orta odda təxminən bir saat ərzinə bişirin. Çörəklə süfrəyə verin.

Nuş olsun!

Etiketlər: qaşığı, stəkan, yarım, qoyun, xırda, xörək, pomidor, hazırlayın, üstünə, yarpaqları, təxminən, qazanın, Dolmaların, qaynar, Bunun, tökün, dolmaların, əlavə, yarpaqlarını, Kələm
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Meleyim
En cox sevdiyim yemekdi
14 noyabr 2015 12:51
2
Offline
nurane zehra
elleeeeeeeeeeeeeeeeeee
12 oktyabr 2014 17:36
1
BİZİ İZLƏYİN




Yandex.Metrica