• Sobada kartof ruleti resepti

Reseptin məlumatları Baxış sayı: 13 110

Tarix : 6-11-2016, 20:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
500 q kartof
2 x.q. qarğıdalı nişastası
duz
150 q şampinyon
1 baş soğan
1 yerkökü
40 ml günəbaxan yağı
qara istiot

Hazırlanması:
Kartofu duzlu suda bişirin, suyunu bir qaba süzüb saxlayın.

Kartofa nişasta əlavə edib əzin. Kartofun suyundan əlavə edib bərk xəmir halına gələnə qədər qarışdırın.

Göbələyi fal-fal, soğanı kubik doğrayın. Yerkökünü sürtgəcin iri gözündən keçirin.

Tavada yağı qızdırın. Əvvəlcə göbələyi qovurun, sonra yerkökünü əlavə edin, duz-istiot vurun, 3-5 dəqiqə qovurun.

Qida plyonkasının üzərinə kartof püresini 2 sm qalınlıqda yayın. Üzərinə içi yayın. Plyonkanın köməyi ilə rulet kimi bükün. Ruleti perqament döşənmiş siniyə qoyun. 190 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Süfrəyə xama və ya hər hansı ədviyyatlı sousla verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, bişirin, yayın, istiot, dəqiqə, qovurun, kartof, qalınlıqda, göbələyi, Üzərinə, Plyonkanın, püresini, plyonkasının, yerkökünü, vurun, köməyi, sonra, üzərinə, bükün, sobada
BİZİ İZLƏYİN