Tərkibi:Xəmir üçün:1 kq kartof
300 qr un
1 yumurta
Sous üçün:0,5 kq pomidor
250 qr mozarella pendiri
zeytun yağı
duz, istiot
reyhan
Hazırlanması:Kartofu duzlu suda bişiririk. Ondan sonra püre halına gətiririk.
Un əlavə edib, yaxşıca yoğururuq ki, bir birinə yaxşı qarışsın. Yumurta əlvə edirik. Balaca toplar olmasın deyə yenə yoğururuq.
Xəmiri nazik kolbasa şəklinə gətirib kəsirik (2 düşbərə boyda olmalıdır). Vilkayla üsdündən keçirik ki, üsdündə hətdər qalsın.
Keçirik sousu bişirməyə. Pomidorları qaynar suya salıb, qabığı soyun. Kub kəsib zeytun yağında qızardırıq. Duz, istiot əlavə edirik. Sous bişəndə içinə reyhan yarpaqları əlavə edirik. Nyokkini qaynar suda 2-3 dəq. bişiririk. Soba qabına nyokkini yığıb, üsdünə sous tökürük. Ən sonda mozarella pendirini üsdünə səpirik Sobada 200 dərəcədə 15 dəq. bişir.
Nuş olsun!mənbə:
Günel Bahasun (instagram)
Etiketlər: edirik, əlavə, reyhan, bişiririk, üsdünə, istiot, qaynar, yoğururuq, zeytun, mozarella, qabığı, salıb, kəsib, yağında, bişir, soyun, bişirməyə, hətdər, üsdündə, qalsın