• Toyuqdan frikase resepti

Reseptin məlumatları Baxış sayı: 3 130

Tarix : 10-05-2017, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
Toyuq filesi (və ya hindi) – 500 qr
Soğan – 1-2 ədəd
Şirin bibər – 1-2 ədəd
Sarımsaq – 3-5 diş
Xama (qatıq ilə qarışdırıla bilər) – 250 qr
Duz
Ədviyyat

Hazırlanması:
Bu reseptdə frikasenin ağ sousu xama ilə hazırlanır. Frikase çox yumşaq və incə yeməkdir. Dadlı olsun deyə istəsəniz gecədən toyuq filesini doğrayıb xama və sarımsaqlı sousda saxlaya bilərsiniz.

Əvvəlcə soğan soyulur və yarımhalqa şəklində doğranılır. Bibər təmizlənir və nazik uzun-uzun doğranılır. Sarımsaq soyulur və doğranılır. Tavada bir neçə dəqiqə soğan və bibər birlikdə qovrulur. Toyuğa sarımsaq və xama əlavə edilir, qarışdırılır. Xamalı toyuq filesi soğan və bibər ilə birlikdə qovurulur. Qarışdırın və azca qoyun qaynasın. Bunun üçün az miqdarda qaynadılmış su əlavə edə bilərsiniz. Qoyun tam bişənə qədər qaynasın. Arada bir dəfə qarışdırın. Toyuq əti yumşaq olmalıdır. İstəsəniz süfrəyə təqdim etdikdə üzərinə göyərti də doğraya bilərsiniz.

Nuş olsun!
Etiketlər: bibər, doğranılır, bilərsiniz, soğan, qaynasın, toyuq, soyulur, yumşaq, Toyuq, əlavə, birlikdə, filesi, Sarımsaq, qovurulur, qoyun, Xamalı, Qarışdırın, qarışdırılır, Toyuğa, edilir
BİZİ İZLƏYİN