• Türk üsulu bibər dolması resepti

Reseptin məlumatları Baxış sayı: 5 933

Tarix : 6-07-2017, 22:00

Bölmə : Quru yeməklər / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
8-10 ədəd bibər,
4-5 ədəd qırmızı bibər,
1.5 su st. düyü (yarım saat suda saxlayın),
1 ədəd soğan (orta ölçülü),
1 ç.q. darçın,
1 dessert q. nanə,
1 dessert q. istiot,
1 dessert q. "yeni bahar" (marketde var),
2 x.q. "küş üzümü" (marketde var),
1 x.q. "dolmalık fıstık" (marketde var),
1 ədəd qənd,
1 çay st. zeytun yağı,
yarım limon

Hazırlanması:
Əvvəlcə bibərlərin içlərini təmizləyirik və baş hissələrini kəsdikdən sonra atmırıq, saxlayırıq. Bibərlərin içinə biraz duz səpirik. Xırda doğranmış soğanı yağda rəngi dəyişənə kimi qovururuq. Üzərinə düyü əlavə edib, qovurmağa davam edirik. Ardınca duz, istiot və digər bütün ədviyyatları töküb, qarışdıraraq 5 dəqiqə daha qovururuq. Limon əlavə edirik. Son olaraq 1 st. isti su töküb, suyu çəkilənə kimi bişiririk.

Hazırladığımız içlik biraz soyuduqdan sonra bibərlərin içinə doldururuq. Diqqət etmək lazımdır ki, bibərin başı biraz boş qalsın. Çünki düyü şişəndə bibərin içindən çıxa bilər. Bibərlərin ağzını kəsib saxladığımız başlıqlarla bağlayırıq. Hazırladığımız bibər dolmalarını kənarda boşluq qalmamaq şərtilə, sıx qazana düzürük. Yarısına çıxana kimi su əlavə edirik. Suya biraz limon və zeytun yağı tökürük. Az odda, ara-bir nəzarət edərək bişirin. Soyuq şəkildə servis edilir.

Nuş olsun!
Etiketlər: biraz, əlavə, dessert, marketde, edirik, bibər, bibərlərin, Hazırladığımız, sonra, qovururuq, töküb, bibərin, limon, içinə, Bibərlərin, istiot, yarım, zeytun, şəkildə, Çünki
BİZİ İZLƏYİN