• Sobada tərəvəzli toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 4 102

Tarix : 31-07-2017, 10:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 qr toyuq əti,
150 qr brussel kələmi,
2 ədəd alma,
2 ədəd yerkökü,
2 ədəd soğan,
3-4 ədəd dəfnə yarpağı,
4 x.q. zeytun yağı

Sous üçün:
3 x.q. limon suyu,
3 x.q. zeytun yağı,
1 ç.q. keklikotu,
1 ç.q. rozmarin,
3-4 yarpaq cəfəri,
2 diş sarımsaq (əzilmiş),
duz, istiot

Hazırlanması:
Əvvəlcə alma, yerkökü, kələm və soğanı zövqə görə istənilən formada doğrayıb, soba qabına düzürük. Üzərinə zeytun yağı töküb, duz, istiot səpirik. Kənarda sous hazırlayırıq. Bunun üçün qeyd olunmuş bütün ərzaqları bir qaba töküb, qarışdırırıq. Toyuq ətini doğrayıb, sousa batıraraq, soba qabına yerləşdiririk. 230 dərəcə istilikli sobada 30 dəqiqə bişiririk.

Nuş olsun!
Etiketlər: zeytun, istiot, töküb, qabına, doğrayıb, yerkökü, ərzaqları, qarışdırırıq, Toyuq, bütün, Bunun, səpirik, Kənarda, hazırlayırıq, olunmuş, ətini, sobada, dəqiqə, bişiririk, istilikli
BİZİ İZLƏYİN