Tərkibi:6 yumurta sarısı
2,5 st süd (500 ml)
3/4 st şəkər tozu (150 qr)
80qr kərə yağı
100qr un
1 paket vanil
Hazırlanması:Qazana südü töküb qaynayana kimi ocaqda saxlıyıb qaynayanda götürürük. Başka qabda yumurta sarılarını şəkərlə azca ağaranadək çırpırıq,vanili qatırıq və unu qaşıq-qaşıq əlavə edib plastik qaşıqla qarışdırıb unu yediririk. Süddən çömçəylə götürüb yumurtalı qarışıma töküb tez çırpırıq ki, yumurta isti südün təsirindən bişməsin və bunu 2-3 dəfə təkrar edirik ,sonra isə əksinə yumurtalı qarışımı südün içinə ( qazana) töküb qarışdırırıq və təxminən 5 dəqiqə ocaqda bişiririk, bərkiyəndə ocaqdan götürürük və kərə yağını əlavə edib qarışdırırıq. Krem yumrulanarsa ,yəni ehtiyac olarsa sonda mikserlə çırpırıq və krem hazırdı.Kremin üstü bərkiməsin deyə stretch film ilə kontakt bağlıyırıq.
Qeyd: Əgər bərk alınarsa çox az süd isidib əlavə edib mikserlə çırparaq kremi aça bilərsiz.
Nuş olsun!
Etiketlər: töküb, yumurta, çırpırıq, əlavə, qaşıq, mikserlə, qarışdırırıq, götürürük, ocaqda, südün, yumurtalı, yağını, içinə, qarışımı, ocaqdan, bərkiyəndə, təxminən, dəqiqə, bişiririk, qazana