• Bilməniz gərəkən 7 xəmir növü- bişmiş (zavarnoy) xəmir resepti

Reseptin məlumatları Baxış sayı: 3 468

Tarix : 30-04-2018, 12:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Bu xəbərdə bilməniz gərəkən daha bir xəmir növünü sizlərlə bölüşəcəm. Bişmiş xəmirdən profitrol, ekler, hətta tort kimi bir çox dadlı şirniyyatlar hazırlamaq olar. Bişmiş xəmiri hazırlamaq üçün bəzi qaydalara əməl etmək lazımdır.
-Unu mütləq ələyin, yoxsa xəmirin içində düyünlər olacaq
-Unu tavaya çox səliqəli bir ardıcıllıqla əlavə etmək lazımdır. Bunun üçün ortadan ikiyə qatlanmış kağızdan istifadə edin
-Yumurtaları bişib otaq temperaturuna qədər soyumuş xəmirə əlavə edin.
-yumurtalar da otaq temperaturunda olmalıdır
- Ərzaqları qarışdırmaqdan ötrü mikserdən istifadə etməyin
- Sobanı elə vaxt yandırın ki, xəmiri hazırlayıb qutaran anda sobanın 200C dərəcəyə qədər qızması eyni vaxta düşsün
-Hazır bişmiş şirniyyatlar yapıxıb köpünü itirməsin deyə onların üzərini salfet ilə örtün

Tərkibi:
Un – 150 qr
Kərə yağı – 100 qr
Su – 240 qr
Yumurta – 4 ədəd
Şəkər – 1 Ç\q
Duz

Hazırlanması:
Tavaya suyu doldurun, kərə yağı və bir çimdik duz əlavə edin. Yağ əriyəndən sonra ələnmiş unu əlavə edin. Bu zaman dayanmadan qarışdırın. Bişdikdən sonra otaq temperaturuna qədər soyumasını gözləyin. Bir-bir yumurtaları əlavə edə edə çalın.(mikserlə yox, çalma teli ilə) Xəmirin çox qatı olmamasına fikir verin. Qənnadı torbası və qaşığın köməyi ilə xəmirdən soba nimçsinə istədiyiniz formada qoyun. Əvvəlcədən 220C dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. Sonra 190C dərəcəyə qədər endirin və bir az daha bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, qədər, lazımdır, sonra, etmək, şirniyyatlar, xəmiri, hazırlamaq, temperaturuna, xəmirdən, bişirin, dərəcəyə, istifadə, Bişmiş, əriyəndən, ələnmiş, dayanmadan, qarışdırın, çimdik, Bişdikdən
BİZİ İZLƏYİN