• Bilməniz gərəkən 7 xəmir növü - biskvit xəmiri resepti

Reseptin məlumatları Baxış sayı: 14104

Tarix : 7.04.2018, 12:00

Bölmə : Piroq və Kekslər, Xəmir işləri, Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Biskvit xəmirinin hazırlanmasında bəzi məqamlar var ki, bu xəbərdə onları sizlərlə bölüşəcəm.
-Biskvit xəmirinin hazırlanmasında istifadə olunacaq bütün ərzaqlar, eyni zamanda xəmiri hazırlayacağınız qab da eyni temperaturta olmalıdı, sərin otaq temperaturunda
-Unu mütləq bir neçə dəfə ələmək lazımdır
-Yumurta ağını sarısından çox səliqəli şəkildə ayırın. Ağları çalan zaman o sərin olmalıdır.
-Ərzaqları uzun müddət çalmaq olmaq, yoxsa onun köpü yatar
-Sobanı əvvəıcədən 180C dərəcəyə qədər qızdırmaq lazımdır. Soba qızana hazır çalınmış xəmiri gözlətsək biskvit yaxşı köpməyəcək
-20-25 dəqiqə sobanın qapısını açmaq olmaz, o zaman biskvitin köpü yatır

Tərkibi:
Un – 180 qr
Yumurta – 4 ədəd
Vanil
Şəkər – 150 qr

Hazırlanması:
Yumurta ağlarını sarısından ayırın. Sarıları ağarıb köpüklənənə qədər çalın . Ağları da mikserin ən zəif dərəcəsində çalın, tədricən az-az, hər dəfə 1 ç/q şəkər və vanil əlavə edin. Mikseri söndürmədədn çalınmış sarıları az-az (1ç/q) əlavə edin və çalmağa davam edin. Unu bir neçə dəfə ələdikdən sonra qarışıma əlavə edin və asta-asta qaşıq ilə aşağıdan yuxarıya doğru qarışdırın. Hazır qarışımı yağlı kağız sərilmiş soba nimçəsinə tökün və 190-200C dərəcədə 20-25 dəqiqə bişirin.

Nuş olsun!


Etiketlər: Yumurta, əlavə, sarısından, ayırın, lazımdır, sərin, Ağları, zaman, çalın, dəqiqə, Biskvit, qədər, xəmiri, çalınmış, hazırlanmasında, xəmirinin, dərəcəsində, mikserin, tədricən, vanil
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN