• Evdə hazırlanan marshmallow resepti

Reseptin məlumatları Baxış sayı: 3811

Tarix : 9.06.2017, 21:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
21 gr toz jelatin (4 yemək qaşığı)
240 ml (1 su stəkanı) su
300 gr (1+1/2 su stəkanı) toz şəkər
300 gr (1 su stəkanı) glükoza
Yarım çay qaşığı duz
1 yemək qaşığı vanil
80 gr (1/2 su stəkanı) pudra şəkəri (ikiyə bölünmüş)

Hazırlanması:
2 ədəd boşqaba içlərinin hər yerini tutacaq şəkildə duru yağ tökün.
Böyük mikser qabına jelatin və suyun yarısını (120 ml-yarım su stəkanı) tökün.
qarışdırıb saxlayın.
Dərin amma kiçik qazana və ya sous tavasına suyun qalanını, glikoz, toz şəkər və duzu tökün.
Şəkər əriyənə qədər qarışdırın.
Şəkər əriyəndə altını yandırın və qəti qarışdırmayın. qaynamaya başladıqdan 1 dəqiqə sonra qazdan götürün.
jelatinli qaba əlavə edin.
Hamısını tökdükdən sonra mikserinizlə 10 dəqiqə qarışım soyuyub ağ halda qabarana qədər qarışdırın.
Vanili əlavə edin.
qarışdıkdan sonra yağlı boşqaba marshmallowunuzu paylaşdırın.
Üzərlərini düzləşdirin.
Pudra şəkərinin yarısını (40 gr-1/4 su stəkanı) üzərlərinə səpin.
Üzərini örtmədən soyuducuya qoyun və 3 saat saxlayın.
Soyuducudan çıxarmadan əvvəl boşqaba pudra şəkərinin qalanını tökün.
Ürək formalı qəliblərinizi duru yağ ilə yağlayın və sıxaraq ürəklər çıxarın, boşqaba qoyub üzərinə pudra şəkəri səpin.
Ürək qəlibinizi yağlayın yoxsa yapışar.
Sonrasında pudra şəkərinə bulayın.

Nuş olsun!


Etiketlər: stəkanı, boşqaba, tökün, pudra, sonra, qaşığı, yağlayın, yarısını, suyun, dəqiqə, saxlayın, şəkərinin, qarışdırın, Şəkər, qalanını, səpin, qədər, jelatin, şəkəri, şəkər
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN