Tərkibi:- 2 ədəd yumurta
- 2 yemək qaşığı şəkər tozu
- 1 stəkan süd
- 1,5 stəkan un
- 1 paket qabartma tozu
- 1 paket vanil
Bişirmə mərhələsində istifadə etmək üçün:
- Duru yağ
Hazırlanması:Yumurta və şəkər tozunu yaxşıca çırpın. Süd, un, qabartma tozu, vanil əlavə edərək keks xəmirindən daha qatı xəmir hazırlayın. Yanmaz-yapışmaz tavaya azacıq bitki yağı tökün. Bir böyük qaşıq xəmir töküb öz-özünə yayılmasını gözləyin. Hər iki tərəfini də çevirib bişirin. Zövqə görə banan, kivi, çiyələk, şokolad, bal ilə servis edin.
Qeyd: Bu ölçülər ilə 18-20 Pancake əldə etmək mümkündür.
Nuş olsun!
Etiketlər: qabartma, etmək, xəmir, paket, vanil, stəkan, şəkər, böyük, tərəfini, qaşıq, gözləyin, özünə, çevirib, töküb, yayılmasını, çiyələk, ölçülər, Pancake, mümkündür, servis