• İspan qarışıq salatı resepti

Reseptin məlumatları Baxış sayı: 6 846

Tarix : 12-10-2017, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1 ədəd yaşıl salat (kahı, aysberq və s.)
1 banka tuna balığı
1 kök
2 yumurta
1 pomidor
8-10 ədəd zeytun
2 x.q. konservləşdirilmiş qarğıdalı
1/2 baş qırmızı soğan

Sous üçün:
2 x.q. zeytun yağı
1 x.q. sirkə

Hazırlanması:
Yumurtaları bərk olana kimi bişiririk.
Salatı kəsib və ya əllə parçalayıb dərin boşqaba qoyuruq.
Elə ora kökü sürtkəcdən keçirik.
Qarğıdalı, zeytun, tuna balığını, kəsilmiş soğan və pomidoru əlavə edirik.
Bişmiş yumurtalarıtəmizdəyib 4 yerə bölürük və salata əlavə edirik.
Sous üçün lazım olanları qarışdırıb əlavə edirik salata.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, zeytun, edirik, salata, soğan, balığını, kəsilmiş, Qarğıdalı, keçirik, qoyuruq, sürtkəcdən, pomidoru, qarışdırıb, yumurtalarıtəmizdəyib, bölürük, olanları, Bişmiş, boşqaba, lazım, parçalayıb
BİZİ İZLƏYİN