• Paytaxt salatı resepti

Reseptin məlumatları Baxış sayı: 6 839

Tarix : 1-06-2019, 12:00

Bölmə : Salatlar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 ədəd orta ölçülü kartof,
2 ədəd kök,
6 ədəd yumurta,
5 ədəd xiyar turşusu,
400 qram mal əti (yaxud toyuğun döş və ya bud əti),
1 banka göy noxud,
100 qram şüyüd,
200 qram göy soğan,
100 qram cəfəri,
1 banka mayonez,
1 banka xama,
Bitki yağı,

Hazırlanması:
Paytaxt salatı hazırlamaq üçün kartof, yerkökü, mal əti və yumurta əvvəlcədən bişirilir.
Kartof və yerkökünün qabığı təmizlənir.
Yumurta soyulub ağı və sarısı kəsilib ayrılır.
Kartof, yerkökü, mal əti və yumurtanın ağı xırda-xırda doğranır, yumurtanın sarısı isə iki əl arasında ovulur.duzlu xiyar xırda-xırda doğranıb süzgəcə yığılır ki, duzlu suyu çıxsın.
Əks halda salat su salar.
Cəfəri, şüyüd və göy soğan xırda doğranır, göy noxudun da suyu süzülür və bütün ərzaq birlikdə qarışdırılır, zövqə görə duz və istiot vurulur.
Mayonez və ya xamaya bitki yağı əlavə edilir, qarışdırılır.

Süfrəyə verilməsi:
Paytaxt salatını süfrəyə verən zaman ona Mayonez qarışdırılır.
Salat qabına təpəcik şəklində yığılmış paytaxt salatının üstünə bir qaşıq xama yaxud mayonez tökülüb biraz yumurta sarısı ovuntusu səpilir.
Fiqurlu kəsilmiş turp və bişmiş yerkökü ilə də bəzəmək olar.

Nuş olsun!
Etiketlər: xırda, banka, yerkökü, sarısı, yumurta, qarışdırılır, mayonez, Paytaxt, duzlu, Kartof, Mayonez, soğan, xiyar, kartof, doğranır, yaxud, şüyüd, yumurtanın, zaman, verən
BİZİ İZLƏYİN