• Yeni il salatı resepti

Reseptin məlumatları Baxış sayı: 6 243

Tarix : 4-11-2020, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q hinduşka (və ya toyuq) filesi,
5 yumurta,
150 q gavalı,
100 q fındıq ləpəsi,
100 q pendir
mayonez,
duz,

Hazırlanması:
File bişənə qədər qaynadın (hinduşka filesi qaynayandan təxminən 35 dəqiqə sonra, qaynayandan 20 dəqiqə sonra isə toyuq filesi bişir).
Bişən fileni soyumağa qoyun.
Hazır filenı incə doğrayın.
Gavalıları incə doğrayın.
Fındıqları bir bıçaqla doğrayın .
Yumurtaları sarısından ayırın.
Yumurta ağlarını rəndələyin.
Sarısını rəndələyin.
Pendiri rəndələyin.
23 sm-lik boşqabın içərisinə fileni yayın.
Üzərinə azca duz səpin.
Sonra isə üzərindən mayonez yağlayın.
Yumurta sarısını üzərinə yayın.
Üzərinə mayonez yağlayın.
Gavalıları sarının üzərinə yayın.
Üzərinə bir az mayonez yağlayın.
Gavalının üzərinə pendir qoyun.
Mayonez ilə bir az yağlayın.
Pendir üzərindən fındıq yayın.
Mayonez yayın.
Salatın üzərindən yumurta ağını yayın.
Salatı bəzəmək üçün kökünü incə dilimləyin.
Salatı saat formasında bəzəməyə çalışın.
Kökün yardımı ilə saatın əqrəblərini və rəqəmlərini yazın .
Bəzəmək üçün şüyüd yarpaqlarından da istifadə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: yayın, mayonez, yağlayın, Üzərinə, üzərindən, doğrayın, filesi, rəndələyin, üzərinə, sonra, toyuq, dəqiqə, fileni, Salatı, qoyun, Yumurta, qaynayandan, fındıq, yumurta, Mayonez
BİZİ İZLƏYİN