• Zümrüd salatı resepti

Reseptin məlumatları Baxış sayı: 19 699

Tarix : 3-11-2014, 17:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q toyuq əti
1 baş soğan
100 q pendir
2 pomidor
4 yumurta
3 kivi
300 q mayonez
duz, istiot

Hazırlanması:
Toyuq ətini duzlu suda tam hazır olanadək bişirin. Soyudub xırda doğrayın.

Soğanı xırda doğrayın.

Pendiri sürtgəcin iri gözündən keçirin.

Pomidoru xırda kubik doğrayın.

Yumurtanı suda bişirin, soyudun, qabığını təmizləyib sürtgəcin iri gözündən keçirin.

Kivinin qabığını təmizləyib lay-lay doğrayın.

Salatı lay-lay düzün: toyuq + soğan + mayonez + pendir + təzə pomidor + soğan + mayonez + yumurta + mayonez. Üzərinə kivi düzün.

Nuş olsun!
Etiketlər: doğrayın, mayonez, xırda, soğan, toyuq, bişirin, pendir, sürtgəcin, gözündən, qabığını, keçirin, təmizləyib, pomidor, yumurta, düzün, olsun, Salatı, Kivinin, kubik, Üzərinə
BİZİ İZLƏYİN