• Paytaxt salatı (Stoliçniy) resepti

Reseptin məlumatları Baxış sayı: 1 015 481

Tarix : 18-03-2017, 20:00

Bölmə : Salatlar

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 balaca banka yaşıl noxud
200 q ət (qoyun ya da mal əti)
3 ədəd yumurta
3 ədəd kartof
2 ədəd yerkökü
2 balaca tutma xiyar
1 ədəd tər xiyar
keşniş, şüyüd, göy soğan
Duz
İstiot
Xama ya da mayonez (50-50 hər ikisini qarışdıra da bilərsiniz)

Hazırlanması:
Suya duz töküb əti bişiririk.
Soyuyandan sonra xırda doğrayırıq.
Kartofu, yerkökünü və yumurtanı suda bişiririk. Soyuduqdan sonra qabığını təmizləyirik.
Kartofu xırda dördkünc doğrayırıq.
Yerkökünü xırda dörd künc doğrayırıq.
Yumurtanı xırda dörd künc doğrayırıq.
Tutma xiyarı xırda dörd künc doğrayırıq.
Tər xiyarı xırda dördkünc doğrayırıq.
Göyərtiləri xırda doğrayırıq.
Doğranmış ərzaqların hamısını bir qaba töküb qarışdırırıq.
Qarışığa duz və istiot səpib qarışdırırıq.
Xama ilə ya da mayonezlə qarışdırırıq.
Zövqə görə bəzəyirik.

Nuş olsun!
Etiketlər: doğrayırıq, xırda, qarışdırırıq, bişiririk, töküb, sonra, dördkünc, xiyarı, xiyar, Kartofu, balaca, noxud, Göyərtiləri, Doğranmış, Tutma, Yumurtanı, təmizləyirik, qoyun, Yerkökünü, ərzaqların
BİZİ İZLƏYİN