Tərkibi:yarım dəstə kahı
qırmızı kələmin yarısı
2 ədəd yerkökü
2 ədəd pomidor
1 ədəd xiyar
3 sap göy soğan
qara zeytun
acı bibər
2 çay qaşığı sumax
limon
Hazırlanması:Kahını və kələmi xırda-xırda doğrayırıq.
Üzərinə göy soğanı xırda-xırda doğrayıb pomidoru da əlavə edirik.
Ardınca üzərinə yerkökünü sürtkəcdən keçirib, xiyarı da doğrayırıq.
Qalan ərzaqları əlavə edib salatımızı yemək üçün hazırlayırıq.
Üzərinə əlavə üçün sumax və kiçik acı bibərlərdən istifadə edin.
Zeytun da qoymaq olar.
Daha sonra istədiyiniz şəkildə souslarla dad qatıb süfrəyə veririk.
Nuş olsun!
Etiketlər: xırda, əlavə, doğrayırıq, Üzərinə, sumax, kiçik, yemək, hazırlayırıq, salatımızı, keçirib, sürtkəcdən, xiyarı, Qalan, ərzaqları, bibərlərdən, istifadə, qatıb, süfrəyə, veririk, olsun