Tərkibi:1 banka balıq konservi (sayra)
2 soğan
150 q bərk pendir
2 ədəd bişmiş kartof
5 bişmiş yumurta
mayonez
Hazırlanması:Bişmiş yumurtaların ağını sarısından ayırın. Ağını sürtgəcin xırda gözündən keçirib dərin qaba döşəyin.
Üzərinə sürtgəcin xırda gözündən pendir keçirin.
Balıq konservini çəngəllə əzin. Yarısını pendirin üzərindən döşəyin.
Mayonez çəkin.
Soğanı xırda doğrayın. Üzərindən qaynar su axıdıb süzün, döşəyin.
Kartofu sürtgəcin xırda gözündən keçirin, soğanın üstündən döşəyin.
Balığın qalanını döşəyib üzərinə mayonez çəkin.
Yumurta sarılarını sürtgəcin xırda gözündən keçirib salatın üzərinə səpin. Üzərini göyərti və yumurta ilə bəzəyin.
Soyuducuda 2 saat saxlayın.
Nuş olsun!
Etiketlər: xırda, döşəyin, sürtgəcin, gözündən, keçirib, keçirin, üzərinə, yumurta, mayonez, pendir, çəkin, bişmiş, Balığın, Üzərindən, doğrayın, qaynar, üstündən, Kartofu, soğanın, süzün