• Ağ turp və yerkökü salatı resepti

Reseptin məlumatları Baxış sayı: 15 883

Tarix : 15-02-2016, 15:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
2 böyük yerkökü – qabığı təmizlənmiş və sürtkəcin iri gözündən keçirilmiş
2 orta boylu ağ turp – qabığı təmizlənmiş, sürtkəcin iri gözündən keçirilmiş
Doğranmış cəfəri
Doğranmış göy soğan (baş və yarpaq hissəsi ilə birgə)
Qara zeytun (üzərini bəzəmək üçün)
Üzərini üçün sous
3-4 xörək qaşığı extra-virgin zeytun yağı (zövqə görə bir qədər artıq və ya az da olar)
Təzə sıxılmış 1 limonun şirəsi
Zövqə görə duz, döyülmüş qara istiot

Hazırlanması:
Birinci üsül:
Sürtkəcdən keçirilimiş turpu dayaz boşqabın ortasında yerləşdirin. Yerkökünü də turpun ətrafına əlavə edin. Salatın üzərinə tökəcəyiniz sousun ərzaqları kiçik bir qabda qarışdırın. Hazırladığınız qarışığı salatın üzərinə çiləyin. Doğranmış cəfəri və göy soğanı də üzərinə səpin. Sonda qara zeytunla salatın kənarlarını bəzəyin və süfrəyə verin.

İkinci üsul:
Sürtkəcdən keçirilmiş tərəvəzləri və digər ərzaqların hamısını bir qabda qarışdırın. Qabın üzərini bağlayıb ən azı 15 dəqiqə soyuducuda saxlayın. Sərin halda yaxud otaq tempraturunda süfrəyə verin.

Nuş olsun!
Etiketlər: üzərinə, zeytun, yerkökü, salat, turpdan, Doğranmış, keçirilmiş, üzərini, ərzaqları, qarışığı, yaxud, Sürtkəcdən, Yerkökü, bilərsiz, istifadə, qarışdırın, qabda, turpu, salatın, daikon
BİZİ İZLƏYİN