• Bolqar bibərli toyuq salatı resepti

Reseptin məlumatları Baxış sayı: 19 562

Tarix : 15-06-2016, 16:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
450 qram dərisiz və sümüksüz toyuğun döş əti
1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
1 ədəd qabığı soyulmuş xiyar (əgər təzə xiyarınız yoxdursa, onu turşu xiyarla əvəz edə bilərsiniz)
2 ədəd suda bişmiş və qabığı soyulmuş yerkökü
1 ədəd yaşıl Bolqar bibəri
1 ədəd qırmızı Bolqar bibəri
1 ədəd sarı və ya narıncı Bolqar bibəri
zövqə görə xırda doğranmış şüyüt
zövqə görə duz
zövqə görə istiot
4 xörək qaşığı mayonez və yaxud 2 xörək qaşığı mayonez və 2 xörək qaşığı xama (zövqə görə bu miqdarı artırmaq da olar)

Hazırlanması:
Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya da əlinizlə didin.
Xiyar, yerkökü və bibərləri nazik uzunsov şəkildə doğrayın.
Ərzaqların hamısını bir qaba qoyub qarışdırın. Soyuducuda ən azı yarım saat saxladıqdan sonra servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, zövqə, bibəri, xörək, Bolqar, doğrayın, mayonez, uzunsov, soyulmuş, yerkökü, toyuğun, əlavə, qabığı, servis, bıcaqla, sonra, olsun, Soyuduğunda, Sonra, bişirin
BİZİ İZLƏYİN