• Mimoza salatı resepti

Reseptin məlumatları Baxış sayı: 16 781

Tarix : 13-03-2017, 17:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
450 qram toyuq sinəsi
1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
1/2 stəkan xırda doğranmış qoz ləpəsi
3 ədəd orta boy kartof
2 ədəd yumurta
3 ədəd orta boy yerkökü
zövqə görə duz
6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar)
6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)
Holland pendiri

Hazırlanması:
Qeyd 1: Əgər mayoneziniz duzludursa, layların arasına səpdiyiniz duzun miqdarını azaldın ki, salat çox duzlu olmasın.
Qeyd 2: Mimoza salatını balıqla da düzəltmək olar. Toyuq ətinin əvəzinə, duzlu siyənək balığından istifadə edin.

Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya əlinizlə didin. Karktof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun. Hazırladığınız ərzaqları verilən ardıcıllıqla servis qabına lay-lay düzün. Toyuq ətinin yarısı, xama-mayonez qarışığı ,qozun yarısı ,kartofun yarısı ,duz, xama-mayonez qarışığı, yumurtaların yarısı, duz ,yerkökünün yarısı ,xama-mayonez qarışığı
Layları eyni şəkildə davam edin. Ən üstdə yerkökü olmalıdır. Axırıncı layın üstünə və salatın kənarlarına xama-mayonez qarışığı sürtüb, üstünə Holland pendiri sərpin .

Nuş olsun!
Etiketlər: mayonez, zövqə, Toyuq, yerkökü, qarışığı, ətinin, Holland, qaşıq, miqdarı, artırmaq, əlavə, yarısı, üstünə, pendiri, duzlu, qoyun, Hazırladığınız, ərzaqları, sərpin, ardıcıllıqla
BİZİ İZLƏYİN