• Qarlı adam tortu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 29125

Tarix : 25.12.2016, 20:00

Bölmə : Salatlar, Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
11 yumurta
4 ç.q. buğda unu
4 x.q. qaymaq
200 q bərk pendir – krem üçün + 4 x.q. – omlet üçün
3 x.q. tomat sousu
Duz
4-5 x.q. mayonez
3 diş sarımsaq
2 x.q. göyərti
80 q ispanaq (dondurulmuş)
Qırmızı acı bibər (tozu, istəyə görə)
40 q çərdəksiz zeytun
1 bişmiş yerkökü
1 bişmiş çuğundur
Mixək (zövqə görə)
1 yaşıl turp

Hazırlanması:
Əvvəlcə 4 müxtəlif rəngli omlet hazırlayın. Bunların rəngi tortun laylarına görə bu qaydada olacaq: qırmızı-narıncı, sarı, yaşıl, ağ. Ağ lap üstdə olacaq.
4 yumurtanın ağını sarısından ayırın. Yumurta ağını çalın (sarılar isə sarı rəngli omlet üçün qalacaq), çala-çala 1 x.q. sürtgəcdən keçirilmiş bərk pendir, 1 x.q. q qaymaq, 1 ç.q. un, duz əlavə edin. Çalıb bitirdikdə halqa doğranmış zeytun əlavə edin, qarışdırın.
Ağ omleti tavaya tökün, qapağını örtüb bişirin. Soyudun.
Sarı omlet: ayırdığınız 4 yumurta sarısını çalın, 1 ç.q. un, 1 x.q. qaymaq, 1 x.q. sürtgəcdən keçirilmiş pendir, duz əlavə edin, yenə çalın.
Tavaya töküb qapağını örtərək bişirin. Soyudun.
Yaşıl omlet: 3 yumurtaya 1 ç.q. un, 1 x.q. qaymaq, 1 x.q. sürtgəcdən keçirilmiş pendir və ispanaq, duz əlavə edin, çalın.
Tavaya töküb qapağını örtərək bişirin. Soyudun.
Qırmızı-narıncı omlet: 3 yumurtaya 1 ç.q. un, 1 x.q. qaymaq, 1 x.q. sürtgəcdən keçirilmiş pendir, qırmızı acı bibər, 3 x.q. tomat sousu əlavə edin, çalın.
Tavaya töküb qapağını örtərək bişirin. Soyudun.

Kremin hazırlanması:
Pendiri sürtgəcin xırda gözündən keçirin, əzilmiş sarımsaq və mayonezlə qarışdırın.
Kremin 2/3-nə xırdalanıb əzilmiş göyərti əlavə edin – bunu layların arasına çəkəcəksiniz (yaşıl krem), 1/3 ağ hissə isə tortun üstünü bəzəmək üçün lazımdır.

Tortu yığın:
Buluda qırmızı-narıncı omleti qoyun. Üstünə yaşıl krem çəkin.
Sarı omleti qoyun, yaşıl krem çəkin.
Yaşıl omlet qoyub, yaşıl krem çəkin.
Sonuncu, ağ omleti qoyub üstünə və tortun böyürlərinə ağ krem çəkin.

Üstünü bəzəyin:
1 bişmiş yumurtanın ağını və sarısını ayırın. Ayrılıqda sürtgəcdən keçirin. Yumurta sarısından Qar adamının fiqurunun əsasını hazırlayın.
Fiqurun üstünə yumurta ağını səpin.
Bişmiş yerkökünü sürtgəcdən keçirin. Onun köməyilə Qar adamına papaq, şarf, əlcəklər və çəkmə düzəldin.
Bişmiş çuğunduru sürtgəcin xırda gözündən keçirin, ondan xizək və Qar adamına ağız düzəldin.
Gözlərini mixəkdən, burnunu yerköküdən düzəldin.
Yaşıl turpdan uzun nazik şəridlər kəsib yolka düzəldin (xiyarın bərk hissəsindən də istifadə etmək olar).
Bişmiş yerkökündən ulduzlar kəsib, salatı bəzəyin.
Ürəyiniz istəyən başqa formada da bəzəyə bilərsiniz.
Qarlı adam tortu resepti - FOTO RESEPT

Qarlı adam tortu resepti - FOTO RESEPT

Qarlı adam tortu resepti - FOTO RESEPT

Qarlı adam tortu resepti - FOTO RESEPT

Qarlı adam tortu resepti - FOTO RESEPT

Qarlı adam tortu resepti - FOTO RESEPT

Qarlı adam tortu resepti - FOTO RESEPT

Qarlı adam tortu resepti - FOTO RESEPT

Qarlı adam tortu resepti - FOTO RESEPT

Qarlı adam tortu resepti - FOTO RESEPT

Qarlı adam tortu resepti - FOTO RESEPT

Qarlı adam tortu resepti - FOTO RESEPT

Qarlı adam tortu resepti - FOTO RESEPT

Qarlı adam tortu resepti - FOTO RESEPT

Qarlı adam tortu resepti - FOTO RESEPT


Nuş olsun!


Etiketlər: omlet, sürtgəcdən, yaşıl, əlavə, çalın, pendir, qaymaq, bişirin, keçirilmiş, keçirin, Soyudun, qapağını, çəkin, düzəldin, ağını, omleti, Yaşıl, örtərək, Tavaya, töküb
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
aLoNe AnGeL
tortdan cox salata benzeyir
maraqli geldi sinamaga deyer
19 dekabr 2015 15:25
3
Offline
tutu666
maraqlidi....
15 iyul 2014 20:57
2
ALLAHım, məni sən qaldır ki, kimsələr yıxa bilməsiN...
Offline
melek5
qewey gorsenir ancaq bunu mence bayramda hazirlamaq lazim idi
15 iyul 2014 11:09
1
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN