• Göbələk salatı resepti

Reseptin məlumatları Baxış sayı: 60 336

Tarix : 10-08-2014, 00:24

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q göbələk
0,5 limon
1-2 ədəd bişmiş yerkökü
2 ədəd qırmızı bibər (bişmiş)
3 x.q. qarğıdalı konservi
4-5 ədəd marinə edilmiş xırda xiyar
15-20 ədəd yaşıl zeytun turşusu
2 dilim salyami
1/4 armudu stəkan zeytun yağı
1 x.q. limon şirəsi
duz
istiot
şüyüd

Salyami:
Göbələk salatı resepti


Hazırlanması:
Göbələyi təmizləyin, yarım limon əlavə edərək suda qaynadın. Sonra çıxarıb dilimləyin.

Bişmiş yerköküləri və bişmiş qırmızı bolqar bibərlərini, həmçinin salyamiləri jülyen (saman kimi) doğrayın.

Turşu xiyarları doğrayın. Qarğıdalını, zeytunu əlavə edib hamısını qarışdırın.

Bir qabda zeytun yağı, limon şirəsi, duz və qara istiotu qarışdırın. Salatın üzərinə gəzdirin, əlinizlə yüngülcə sıxa-sıxa qarışdırın.

Üzərinə şüyüd doğrayıb səpin.

Nuş olsun!
Etiketlər: limon, zeytun, bişmiş, qarışdırın, şüyüd, şirəsi, doğrayın, əlavə, qırmızı, Turşu, yerköküləri, xiyarları, bolqar, saman, həmçinin, salyamiləri, Qarğıdalını, jülyen, bibərlərini, zeytunu
BİZİ İZLƏYİN