• Paytaxt salatı resepti

Reseptin məlumatları Baxış sayı: 16 368

Tarix : 4-03-2017, 21:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Kartof 2 ədəd (orta)
Kök 2 ədəd (orta)
Yumurta 3 ədəd
Duzlu xıyar 150 q
Konservləşdirilmiş yaşıl noxud 150 q
Şüyüd 1/2 dəstə
Qaynadılmış toyuq 200 q
Mayonez 300 ml
Duz 1/2 ç.q

Bəzək üçün:
Bolqar bibəri 1 Ədəd (Qırmızı)
Limon 1 ədəd
Yaşıl soğan 1/2 dəstə

Hazırlanması:
Tərəvəzləri və yumurtaları qaynadın. Göyərtini yuyun və qurulayın. Hazır tərəvəzləri və yumurtaları soyudun və qabığını soyub 0,5 x 0,5 ölçülü kub şəklində doğrayın. (bir yumurtanın yarısını bəzək üçün saxlayın.)

Salat üçün toyuqu (qaynadılmış ət və ya kolbasa ilə əvəz edə bilərsiniz) qaynada və ya qızarda bilərsiniz. Toyuq ətini xırda doğrayıb qaba qoyun və üzərinə doğranılmış tərəvəzləri əlavə edin. Salat xırdalanmış şüyüd, suyu süzülmüş konservləşdirilmiş yaşıl noxud və mayonez qatıb qarışdırın. Zövqə görə duzlayın. Salat hazırdır.

Yeni il süfrəsi üçün salata xüsusi bəzək vurmaq olar.

Nuş olsun!
Etiketlər: Salat, dəstə, yumurtaları, noxud, tərəvəzləri, bilərsiniz, bəzək, yaşıl, xırda, ətini, doğrayıb, üzərinə, qoyun, Toyuq, kolbasa, qaynadılmış, toyuqu, qaynada, qızarda, xırdalanmış
BİZİ İZLƏYİN