• Nişan üzükləri salatı resepti

Reseptin məlumatları Baxış sayı: 7703

Tarix : 13.08.2014, 04:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 pomidor
250 q brınza
150 q bərk pendir
250 q marinə edilmiş bibər
2 qırmızı soğan
100 q dənəsiz qara zeytun
1 təzə xiyar
1 x.q. xırda doğranmış mərzə (mayoran)
6 x.q. sirkə
duz, istiot, şüyüd

Hazırlanması:
Soğanı, xiyarı və zeytunu halqa, pomidorları kubik doğrayın. Hamısını bir ləyəndə qarışdırın.

Başqa qabda mərzə, sirkə, duz, qara üyüdülmüş istiotu qarışdırın və zeytun yağı əlavə edin.

Bu sousu salata əlavə edib qarışdırın.

Brınza və marinə edilmiş bibəri xırda doğrayıb salatla qarışdırın.
Salatı iç-içə iki halqa kimi buluda qoyun.

Bir "üzüyün" üzərinə sürtgəcdən keçirilmiş yumurta ağı, digərinin üzərinə sürtgəcdən keçirilmiş holland pendiri səpin. Əgər belə bəzəmək çətinlik törədirsə, adi qaydada salatı bir buluda yığın, üzərinə göyərti səpin, ortasına isə sürtgəcdən keçirilmiş pendirdən iç-içə üzük şəkli çəkin.

Nuş olsun!

Etiketlər: qarışdırın, üzərinə, sürtgəcdən, keçirilmiş, xırda, səpin, mərzə, halqa, sirkə, zeytun, əlavə, edilmiş, marinə, buluda, doğrayıb, digərinin, yumurta, qoyun, üzüyün, Salatı
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica